Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“AŞPA-nın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ədalətli qətnamələri var”

06.02.18, 12:25
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Elxan Şahinoğlu: “Amma təəssüf ki, həmin qətnamələr kağız üzərində qalıb”

“Azərbaycan Avropa Şurası Parlament Assambleyasına (AŞ PA) üzv olduğu gündən bu yana belə səfərlər mütəmadi həyata keçirilir və müxtəlif aspektlərlə bağlı dialoq, müzakirələr aparılır”. Bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Azərbaycanda insan hüquqları və islahatlar, eləcə də Dağlıq Qarabağ məsələsi ilə bağlı AŞPA-nın Monitorinq Komitəsi mütəmadi hesabatlar hazırlayır: “Ümumiyyətlə, necə ki, ATƏT-in Minsk qrupu həmsədrləri regiona sıradan səfərlər edirlər, eləcə də AŞPA-nın Monitorinq Komitəsi bu səfərləri həyata keçirir. Halbuki AŞPA-nın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox ədalətli qətnamələri var. Amma təəssüf ki, həmin qətnamələr kağız üzərində qalıb. E.Şahinoğlu əlavə edib ki, AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak özünün "Twitter" səhifəsində yazıb ki, Novruz yaxınlaşır, həmçinin seçkilər və Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubiley tarixi yaxınlaşır. Biz çoxlu sayda məhbusun azad ediləcəyinə ümid edirik: “Onsuzda biz bilirik ki, onların bu səfəri olmasa da AXC-nın 100 illiyi ilə bağlı tədbirlər baş tutacaq və çoxlu sayda məhbus həbsdən azad olunacaq. Odur ki, bu kimi səfərlər sıradan bir səfərdir”.
Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri tezliklə Azərbaycana faktaraşdırıcı səfər etməyi planlaşdırırlar. Bu barədə AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak özünün "Twitter" səhifəsində yazıb.

Bu xəbər oxundu
- - -