Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Bəzi dövlətlər digər xalqların daxili işlərinə qarışmağa maraq göstərir“

06.02.18, 13:37
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Bəzi dövlətlər digər xalqların daxili işlərinə qarışmağa maraq göstərir".
Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov belə deyib.
MSK sədri deyib ki, bu, reallıqdır: "Reallıq olduğuna görə buna göz yummaq olmaz. Ona görə də bundan narahat olmaq da lazım deyil. Yer kürəsi kiçikdir, insanlar bir yerdə olmağı bacarmalıdır. Birgə fəaliyyət göstərməkdən başqa yolumuz yoxdur. Seçkinin nəticələrini xalq qəbul etməlidir, digər məqamlar önəmli deyil. Azərbaycan seçicilərinin yarıdan çoxunun səsini alan şəxs prezident seçiləcək. Xalqın iradəsindən yüksək heç nə yoxdur".
Məzahir Pənahov qeyd edib ki, MSK yerli və xarici KİV-in əməkdaşlarına daim açıqdır: Seçki prosesində milyonlarla insan iştirak edir. Ona görə də xırda çatışmazlıqların olması normaldır. İdeal heç nə yoxdur".
Məzahir Pənahov bildirib ki, seçkilərdə Seçki Məcəlləsinin və Konstitusiyanın tələblərinə zidd hər hansı hadisə baş verə bilməz: "Hər hansı problem olarsa, MSK dərhal araşdırma aparacaq. Biz məsələləri daha çox namizədin xeyrinə həll etməyə çalışırıq. Seçkilərə diqqətli yanaşmalıyıq. İnanıram ki, Kütləvi İnformasiya Vasitələri də bu seçkini lazımınca işıqlandıracaq. Media vasitələri millətin avanqard qrupudur. Ölkədə baş verən proseslər onların vasitəsilə işıqlandırılır. Əgər hər hansı media orqanı dövlətə xidmət edirsə, burada problem ola bilməz. Müdaxilə etməyə cəhd edənlər ola bilər. Biz bir yerdə olmalıyıq”.

Bu xəbər oxundu
- - -