Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İran sözdə əməliyyatlara qarşıdır

07.02.18, 8:17
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İran sözdə Türkiyənin Suriyada apardığı əməliyyatlara qarşıdır. Əslində isə bu əməliyyatları alqışlayır.
Bunu politoloq Zərdüşt Əlizadə deyib.
Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi düzənlədiyi ənənəvi mətbuat konfransında Türkiyənin Suriyada keçirdiyi hərbi əməliyyatları dayandırmalı olduğunu bildirib.
O qeyd edib ki, bu prosesin davam etdirilməsi terrorçuların və qeyri-sabitliyin bölgəyə qayıtmasına yardım edir:“Türkiyə dövləti bu məsələyə yenidən baxmalı və Suriya ilə bağlı məsələləri Astana prosesi müzakirələrində gündəmə gətirməlidir”.
Z.Əlizadə bildirib ki, İranın sözdə bu əməliyyatlara çıxması lazımdır:
“Çünki Türkiyə NATO-nun üzvüdür, ABŞ-ın, Avropanın yaxın müttəfiqi, guya Qərb dəyərləri ilə yaşayan ölkədir, kürd müsəlmanları əzir və sair. Burda da İran xal qazanır, etiraz edir ki, bəs sən niyə belə edirsən? Axı Suriya müstəqil dövlətdir, sən müstəqil Suriya dövlətinin Prezidenti Bəşər Əsəddən icazə almadan onun müəyyən bölgəsində əməliyyat aparırsan. Yaxşı deyil, qurtar və sair. Dildə bunu deyir. Amma ürəyində alqışlayır, deyir o kürdləri əz ki, baş qaldırmasınlar. Bilir ki, gələcək kürd dövləti ABŞ-ın aləti, Qərbin əlində müsəlman dünyasına qarşı ikinci İsrail olacaq. Yəni, bu bir siyasətdir”.
İranın əvvəllər də Suriya dövlətinin ərazi bütövlüyü, suverenliyinə hörmət edilməsinə dair çağırışlar etdiyini vurğulayan politoloq qeyd edib ki, sadəcə, əməliyyat getdikcə genişlənir, döyüşlər gərginləşir:
“İran da buna münasibət bildirməlidir. Tam susması düzgün deyil. Çünki Xarici İşlər Nazirliyi işləməlidir. Onların işi rəy, münasibət bildirməkdir və bunu da bildirirlər. Başqa sözlə onların da maaşı ordan çıxır”.
O zaman belə çıxmırmı ki, Bəşər Əsəd də sözdə Türkiyənin Suriyada apardığı əməliyyatlara qarşıdır? Z.Əlizadə bu sualımıza “əlbəttə” deyə cavab verir:
“Ürəyində Bəşər Əsəd də deyir, kürdləri əzin ki, gələcəkdə bütün Suriya üzərində öz hakimiyyətimi bərpa etdikdə ABŞ-ın orda silahlanmış de-fakto muxtar kürdlər şəklində mənə təzyiq etmək üçün aləti olmasın. Amerikalılar YPG-ni nəyə görə silahlandırır, hazırlayır, dəstəkləyir? Gözəl gözlərinə görə? Geyimlərinin düzümünə görə? Saçına-saqqalına görə? Yox. Onlar orda özlərinə dayaq, dayaq dövlət – platsdarm hazırlayırlar ki, sonra ayaqlarını qoyub Suriyanın daxili işlərinə qarşısınlar. Necə ki, İsrail vasitəsilə bütün Yaxın Şərqin işlərinə qarışırlar. Buna yol verməmək üçün Türkiyə Amerikaya satılmış tamahkar, vəzifə hərisi kürd separatçılarını əzir ki, oturun yerinizdə. Türkiyə bəyan edib ki, onun Suriyaya heç bir ərazi iddiası, Suriyada qalmaq niyyəti yoxdur. Separatçıları əzdikdən sonra çıxacaq. Necə çıxacaq, nə edəcək, bu Türkiyənin öz işidir. Amma hər halda niyyətini bu cür bildirib. Bu niyyət İrana da, Bəşər Əsədə də xeyirdir. Unutmaq olmaz ki, İran dövlətinin ərazisində – doğma vətənində, doğma torpaqlarında böyük kürd icması yaşayır. Onların arasında yüksək vəzifə və sərvət aşiqləri az deyil. Onlar ona görə dövlətlərini qurmaq istəyirlər ki, xalqı çapıb talasınlar. Mahabadda, Afrində, Ərbildə kürdlər var, fikirləşirlər ki, Allahın altında prezidentdən, baş nazirdən, dövlət katibindən, nazirdən, azı gömrük məntəqəsinin rəisindən-zaddan olsaydım nə yaxşı olardı?! Ordan pul sel kimi gələrdi, hörmət olardı, qohum-əqrəbamı hər yerə yerləşdirərdim. Bunun üçün nə lazımdır? Yaşasın müstəqil Kürdüstan. Milli-azadlıq mübarizəsinin bayrağı altında toplaşıb mənfur iranlılara, türklərə, suriyalılara, iraqlılara qarşı mübarizə aparıb öz kürd dövlətimizi qurmağımız lazımdır. Sonra isə özümüz orda yaşayan kürd xalqını minib sürərik. Milli-azadlıq mübarizəsinin mənası, tərcüməsi budur”.

Bu xəbər oxundu
- - -