Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Akademik Teymur Bünyadovun 90 illiyinə həsr olunan elmi sessiya keçirilib

07.02.18, 12:38
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Görkəmli tarixçi-etnoqraf alim, əməkdar elm xadimi, “Şöhrət” və "Şərəf" ordenləri laureatı, Arxeologiya və Etnoqrafiya İnstitutunun Tarixi etnoqrafiya şöbəsinin müdiri, akademik Teymur Bünyadovun 90 illik yubileyinə həsr olunan “Azərbaycanda arxeoloji və etnoqrafik araşdırmalar” mövzusunda elmi sessiya keçirilib. Tədbirdə millət vəkilləri, elmi ictimaiyyət, SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının Azərbaycan nümayəndəliyi, Qazax Rayon İcra Hakimiyyətinin rəsmiləri və digər şəxslər iştirak ediblər.
Mərkəzi Elmi Kitabxanada baş tutan tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək son illərdə Azərbaycan arxeoloqlarının və etnoqraflarının dünya elminə verdiyi töhfələrdən, ölkə rəhbərliyinin Azərbaycan elminə göstərdiyi diqqət və qayğıdan danışıb. Qeyd edib ki, Teymur Bünyadovun nümayəndəsi olduğu alimlər nəsli Azərbaycanın müstəqillik ideyasının formalaşmasında və qorunmasında müstəsna rol oynayıb.
Sonra Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova “Böyük tarixçi-xalqşünas alim Teymur Bünyadov” mövzusunda məruzə ilə çıxış edib. O, çıxışında akademik T.Bünyadovun həyat və yaradıcılığından, milli kadrların yetişdirilməsindəki əvəzsiz rolundan söz açıb. Sessiyada millət vəkilləri - Fəttah Heydərov, Ziyad Səmədzadə, Milli Azərbaycan Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, professorlar - Qəzənfər Paşayev, Şirindil Alışanov, şair Nəriman Həsənzadə və digərləri çıxış edərək yubilyarı təbrik edib, xatirələrini bölüşüblər. Sonda akademik Teymur Bünyadov çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib. Sessiya öz işini bölmə iclasları ilə davam etdirib.

Bu xəbər oxundu
- - -