Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Münaqişəsinin həlli üçün səylərimizi davam etdirəcəyik“

07.02.18, 12:54
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Dağlıq Qarabağ münaqişəsinin 20 ildən artıq uzanması, həqiqətən uzun müddətdir".
Bunu Bakıda ABŞ dövlət katibi müavininin müşaviri, xanım Bricet Brink deyib.
"ABŞ münaqişənin sülh yolu ilə həllini güclü şəkildə dəstəkləyir. Bildiyiniz kimi, ATƏT-in Minsk qrupu həmsədrləri Bakıdadırlar. Onların arasında amerikalı həmsədr də var. Biz münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik və bu məqəsədə çatmaq üçün səylərimizi davam etdirəcəyik", - deyə o qeyd edib.
Dövlət Departamentinin rəsmisi Azərbaycanda növbədənkənar prezident seçkilərinə də münasibət bildirib: "Seçkilərlə bağlı Azərbaycana tövsiyəmiz ondan ibarətdir ki, seçkilər ölkə Konstitusiyasına və beynəlxalq öhdəliklərə uyğun olaraq azad və ədalətli keçirilsin".
Bricet Brink deyib ki, ABŞ demokratik prosesləri, insanların sərbəst toplaşması, fikirlərini azad ifadə edə biləcəyi, azad medianın olduğu mühiti dəstəkləyir".
ABŞ dövlət katibi müavininin müşaviri bildirib ki, ABŞ hökumətinin uzunmüddətli mövqeyi ondan ibarətdir ki, insan haqları və fundamental dəyərlərə hörmət edilməsini ikitərəfli əlaqələrin vacib elementi hesab edirik: "İnanırıq ki, insan haqları, korrupsiyaya qarşı mübarizə və qanunun aliliyinin təmin edilməsi Azərbaycanda biznes mühiti və sabitliyin təmin edilməsi baxımından vacibdir. Prezident Donald Trampın da dediyi kimi, ABŞ-ın ən sıx əlaqələri dəyərlərimizi və maraqlarımızı bölüşən ölkələrlədir.
Bu məqamlar ikitərəfli münasibətlərimizin dərinləşdirilməsinin vacib hissəsidir. Hesab edirəm ki, hər iki tərəf bu məqsədləri bölüşür".

Bu xəbər oxundu
- - -