Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Çempionlar Liqasının “tacsız kralları”

07.02.18, 13:53
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dünya futbolunda elə ulduzlar var ki, karyeraları ərzində Çempionlar Liqasında (ÇL) final üzü görməyiblər. Bəziləri də çox oyun keçirməsinə baxmayaraq, komandasının həlledici matçda qələbəsinə kömək edə bilməyib. Məsələn, karyeralarının son illərini yaşayan Zlatan İbrahimoviç və Canluici Buffon kimi əfsanələr ÇL-in kubokunu başları üzərinə qaldırmağa müyəssər olmayıblar. “Çelsi”nin unudulmaz kapitanı Con Terrinin qızıl medalı olsa da, o, 2012-ci ildə diskvalifikasiya üzündən həlledici görüşü buraxıb.
Quti isə “Real”la 3 dəfə (1998, 2000, 2002) ÇL-in finalına qədər irəliləyib. Ancaq maraqlıdı ki, o, həmin finalların heç birində meydana ayaq basmayıb. 2002-ci ildəki final görüşündə iştirak ərizəsinə salınmasına baxmayaraq, baş məşqçi ispaniyalıya ehtiyac duymayıb. Almaniyalı Mixael Ballak iki fərqli komandanın heyətində final sevinci yaşasa da, nə “Bayer” (2002), nə də “Çelsi” (2008) ilə çempionluğu bayram edə bilib.
Çempionlar Liqasında bombardirlər yarışında yer alan futbolçuların da hamısı kuboku qazanmağa nail olmayıb. Məsələn, Rud van Nistelroy heç vaxt bu maneəni aşa bilməyib. Karyerasını davam etdirənlərdən Zlatan İbrahimoviç, Robert Levandovski, Serxio Aquero və Edinson Kavani kimi məhsuldar oyunçuların hələ də bu siyahıdan çıxmaq şansları var. “Yuventus”un formasını geyinmiş 3 futbolçu – Canluici Buffon (2003, 2015, 2017), Paolo Montero (1997, 1998, 2003) və Alessio Takkinardi (1997, 1998, 2003) 3 dəfə Çempionlar Liqasının final matçında iştirak etməsinə baxmayaraq, hər birində məğlubiyyətə düçar olub.

Bu xəbər oxundu
- - -