Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Soros Britaniyanın Avropa İttifaqından çıxmaması üçün 400 min funt sterlinq xərcləyib

08.02.18, 10:46
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Britaniya mətbuatından "The Guardian" yazır ki, Britaniyanın Avropa İttifaqından ayrılmasının - yəni Brexit-in qarşısının alınmasına çalışan kampaniyaya Soros Fondundan 400 min funt sterlinq vəsait verilib. Açıq Cəmiyyət Fondunun yaradıcısı Sorosun adı Britaniyada bir qayda olaraq həyəcanla çəkilir. O, bir vaxtlar 1 milyard funt sterlinqlik mərcə girərək Britaniya milli valyutasının Avropanın birja mexanizmindən çıxarılmasına səbəb olmuşdu. Həmin gün Britaniyanın ən yeni tarixinə "Qara çərşənbə" kimi daxil olub.
Birləşmiş Krallığın Avropa İttifaqında qalmasına çalışan "Best for Britain" adlı kampaniya 2017-ci ilin iyun seçkisindən bəri ACF-dən milyonlarla dollar dəstək alıb. Bu kampaniyaya Britaniya hökumətinin keçmiş nazirlərindən lord Malloc-Brovn başçılıq edir. O, hazırda BMT baş katibinin müavinlərindəndir. Kampaniyanın həmtəsisçisi rolunda Gina Miller adlı qadın çıxış edir. O, Britaniya hökumətini Avropa İttifaqından çıxışa start verən 50-ci maddəni parlamentin icazəsi olmadan işə saldığına görə məhkəməyə vermişdi.
Malloc-Brovn deyib ki, qrup maliyyə ianəsinin qəbulu üçün bütün mövcud qayda və direktivlərə riayət edib. "Biz də milyonlarla insan kimi inanırıq ki, Britaniya Avropa İttifaqından çıxmaq əvəzinə ona liderlik etməlidir. Biz bu məqsədlə kampaniyaçılar, siyasətçilər və icmalarla əməkdaşlıq edirik".
Lord Malloc-Brovn təsdiqləyib ki, Soros fondu da bir sıra başqa böyük donorlar kimi bu kampaniyaya maliyyə dəstəyi verib. O bildirib ki, ACF kampaniyaya 400 min funt sterlinq ianə verib. "Amma bizim daha kiçik donorlarımız birlikdə bundan daha çox töhfə veriblər. Odur ki, Sorosun bu kampaniyaya töhfəsi əhəmiyyətlidir, lakin o, bizi dəstəkləyən donorlardan yalnız biridir" - millət vəkili bildirib.
Lord Malloc-Brovn deyib ki, ölkənin Avropa ailəsində qalmağını istəyən rəğbətli ictimaiyyət nümayəndələri bu hərəkata üst-üstə 413 min funt sterlinq qoyublar. Malloc-Brovn bunu da qeyd edib ki, bir çox insanlar Britaniyanın, Avropa İttifaqından çıxmaq qərarı ilə çox təhlükəli yol tutduğuna inanırlar. "Bu, bizim demokratik və vətənpərvər gələcəyimizin xilası naminə aparılan mübarizədir. Biz inanaırıq ki, ölkəmizin demokratik çoxluğunun sözünü deyirik" - lord söyləyib. O, habelə təəssüflə qeyd edib ki, Brexit danışıqları bir ovuc sərt xətt-hərəkət tərəfdarlarına həvalə edilib. Best for Britain kampaniyasının icraçı direktoru Britaniya dövlət statistika idarəsinin direktorlarından Eloise Todddur. Bundan başqa bu kampaniyaya keçmiş nazir Andrev Adonis və liberal-demokrat partiyasının lideri Tim Farron da dəstək verirlər. "The Guardian" yazır ki, bu kampaniya gündəlik iş saatları ərzində çalışır və 10-dək işçisi var. Buradakı təlim proqramını vaxtilə prezident Barack Obamanın təşkilatçısı olmuş Mike Moffo aparır.

Bu xəbər oxundu
- - -