Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Afrin üçün Hələb taktikası

08.02.18, 11:17
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Zeytun budağı" haqda 14 səhifəlik hesabatda nələr var?

2016-cı ilin sonunda Hələbdə rejimin mühasirəsi altında olan bir “cib”də sıxışan suriyalı silahlı müxalif qrupların buradan avtobuslarla evakuasiya edilməsi üsulu Afrin hərəkatının şəhər mərkəzinə yönəlik ikinci mərhələsinin başlaması halında, qan tökülməsini önləyəcək çıxış yolu ola bilərmi? “Strateq” “Hürriyet”ə istinadən yazır ki, Türkiyənin hörmətli düşüncə qurumu olan İqtisadiyyat və Xarici Siyasət Araşdırma Mərkəzinin (İXAM) “Zeytun budağı” hərəkatı haqqında hazırladığı 14 səhifəlik hesabat bu seçimin itkiləri ən aşağı səviyyəyə endirəcəyini, eyni zamanda Türkiyə ilə ABŞ arasındakı əlaqələrin içinə girdiyi böhranın önünün açıla bilməsində açar rolu oynayacağı tezisini ortaya qoyur.
Cəmisi 14 səhifə olan bu detallı hesabat, İXAM-ın diplomat əsilli başqanı Sinan Ülgen ilə Hərbi Akademiyaların Strateji Araşdırmalar İnstitutunda doktorluq dissertasiyası müdafiə edən, müdafiə təhlilçisi Can Kasapoğlu tərəfindən birgə qələmə alınıb. Hesabatın böyük bir hissəsi hərəkatın ilk iki həftəsindəki hava və quru mərhələlərinin texniki dəyərləndirilməsinə ayrılıb. Hesabat, öncəliklə Türkiyə Hərbi Hava Qüvvələrinin hərəkatın ilk günü döyüş təyyarələri inventarının ¼-ni havaya qaldırdığına diqqət çəkərək, bunun son dövrdə transsərhəd hərəkatlarındakı ən yüksək səviyyə olduğunu vurğulayır.
Hesabatda daha sonra altı cızılan nöqtə kənd yerlərində və dağlıq ərazilərdə aparılan döyüşlərdən sonra toqquşmaların ikinci mərhələdə Afrin şəhər mərkəzinə yönəlməsilə birlikdə, “şəhər döyüşləri” konsepsiyasına keçiləcək olmasıdır. Hesabat yaşayış rayonlarındakı toqquşmaların ordular üçün ən çətin vəzifələrdən biri olduğunu, şəhər münaqişəsi mühitinin hər zaman müdafiədə olan tərəfin lehinə işlədiyini xatırladır. Bu hesabat “Afrinin içində şəhər əməliyyatı həyata keçirilə bilər, ancaq risklidir” təsbitini edir və həmən ardından YPG döyüşçülərinin şəhər içində olmanın üstünlüklərindən faydalanacağını ifadə edir.
Ülgen və Kasapoğlu bu çərçivədə birbaşa şəhər döyüşlərinə girilməsi yerinə, “mühasirəyə alma” strategiyası təklif edir. Onlara görə, bu strategiyanın həm müsbət, həm də mənfi tərəfləri var. Narahatlıq yaradan məsələlərdən başlasaq, birincisi, PYD/YPG-nin “insan qalxanı strategiyası”na baş vuraraq, mülki şəxslərin Afrindən çıxmasını önləməyə cəhd etməsi ehtimalıdır. Narahatlıq yaradan digər bir məsələ, YPG-nin bu strategiyanı “aclığa məhkum edən bir mühasirələmə” kimi təqdim etməyə çalışa biləcəyidir. Müəlliflər buradakı potensial problemi mühasirənin uzanması ehtimalında görürlər. Onlar bu çərçivədə sürətli bir şəkildə nəticə alınamadığı təqdirdə, PYD/YPG-nin təbliğat maşınını istifadə edərək, birbaşa psixoloji əməliyyata yönələcəyinə diqqət çəkirlər.
Ən önəmli üstün cəhət, müəlliflərə görə, bu yola gedildiyi təqdirdə, itkilərin şəhər döyüşlərilə müqayisədə ən aza endirilməsidir. Bir digər mümkün üstünlük, Türkiyənin bu təbliğat müharibəsini təsirsiz hala gətirməsi halında “yaşıl avtobus” seçiminin dövrəyə soxula bilməsi ehtimalıdır. Müəlliflər ilk mərhələdə açılacaq bir humanitar dəhlizlə mülki şəxslərin Afrindən təhlükəsiz formada evakuasiya edilməsini, ardından YPG döyüşçülərinin Fəratın şərqinə keçmələrinin təmin edilməsini təklif edirlər. Bunun üçün təklif etdikləri model 2016-cı ilin sonunda Hələbdə həyata keçirilən və müxaliflərin yaşıl avtobuslarla evakuasiya edildiyi üsuldur.
Belə bir strategiyanın həyata keçirilməsi ABŞ-la Menbiçin YPG ünsürlərindən təmizlənməsi haqqında bir razılaşmanın əldə edilməsi şərtinə bağlanır. Bu razılaşma YPG-nin, İŞİD-lə mübarizədən başqa, heç bir plan üçün istifadə edilməməsi təminatını da nəzərdə tutmalıdır. Ayrıca, hesabata görə, Suriyanın gələcəyilə bağlı keçirilən görüşlərdə PKK ilə əlaqəsi olan qrupların masadan bütünlüklə qaldırılması məsələsində Rusiyanın razı salınması lazımdır. Hesabatda bu təklif Türkiyə-ABŞ münasibətlərinin içində olduğu böhrandan çıxarılmasına da töhfə verəcək önəmli bir imkan olaraq təqdim edilir. Müəlliflərə görə, Türkiyə ilə ABŞ-ın Afrindən çıxışı təmin edəcək humanitar dəhliz üçün edəcəyi əməkdaşlıq əlaqələrdəki digər problemlərə də əl atıla bilməsini mümkün edəcək addım funksiyasını yerinə yetirəcəkdir.
Önümüzdəki dövrdə Afrinlə əlaqədar olaraq bu və buna bənzər təkliflər çərçivəsində intensiv bir müzakirəyə şahid olacağıq. ABŞ xarici işlər naziri Reks Tillerson ilə ABŞ prezidenti Donald Trampın Milli təhlükəsizlik üzrə müşaviri H.R. Makmasterin qarşıdakı həftə Türkiyəyə edəcəyi ziyarətlər Afrinlə bağlı uzun bir müzakirə prosesinin başlama vuruşu olacaqdır.

Bu xəbər oxundu
- - -