Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Bu səfər Rusiya və İrana incə mesajdır”

08.02.18, 11:24
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Elxan Şahinoğlu: “Tam rəsmi Bakının istəyinə uyğun açıqlamalardır”

Azər Həsrət: “ABŞ Azərbaycandan üz döndərmir”


ABŞ Dövlət katibinin müavininin köməkçisi Bricet Brinklin Azərbaycana səfəri və keçirdiyi görüşlər mediada müzakirə olunur. Ekspertlər ABŞ nümayəndəsinin səfərinin müxtəlif cür qiymətləndirir.
Xatırladaq ki, Bricet Brinki Azərbaycan prezidenti İlham Əliyev də qəbul edib. Dövlət başçısı Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib...
Görüşdə Azərbaycan ilə ABŞ arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib, bu yaxınlarda istifadəyə verilən Bakı-Tbilisi-Qarsdəmir yolunun önəmi qeyd olunub, bunun Avropa ilə Asiya arşında yeni nəqliyyat marşrutu olması baxımından önəmi vurğulanıb, ABŞ şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyəti, ticarət dövriyyəsinin artırılması və ixrac imkanlarının genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Söhbət zamanı Dağlıq Qarabağ məsələsinə toxunulub, sabah Bakıda Minsk qrupunun həmsədrləri ilə görüş zamanı münaqişənin həlli ilə bağlı geniş müzakirələrin aparılacağı bildirilib.
Görüşdə demokratik inkişaf, qanunun aliliyinin təmin edilməsi, insan haqlarının qorunması məsələləri ətraflında da fikir mübadiləsi aparılıb.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu diqqətə çatdırıb ki, Donald Tramp administrasiyasını uzaq Cənubi Qafqaz və eləcə də Azərbaycan o qədər də maraqlandırmır: “Ona görə də bu günlərdə Bakıda səfərdə olan ABŞ dövlət katibi müavininin müşaviri, xanım Bricet Brinkin səfərinə o qədər də önəm verməyin tərəfdarı deyiləm. Bu səfər sadəcə, Rusiya və ya İrana incə mesajdır ki, “bölgədə biz də varıq”. Ancaq Vaşinqton bunu deyərkən Bakıya ya dövlət katibinin müavininin köməkçisini, ya da əksinə dövlət katibinin köməkçisinin müavinini göndərir. O da gəlib deyir ki, Azərbaycan ABŞ üçün vacib tərəfdaşdır, Əfqanıstanda birgə əməkdaşlıqdan məmnunuq, enerji resurslarının dünya bazarlarına daşınmasını dəstəkləyirik. Tam rəsmi Bakının istəyinə uyğun açıqlamalardır”. “O ki qaldı, Azərbaycanda növbədənkənar prezident seçkisinə bu Vaşinqtonu az maraqlandırır. Dövlət Departamenti üçün əsas odur ki, Rusiyanın Azərbaycana təsiri olmasın, bunu heç rəsmi Bakı da istəmir. Belə olan halda Vaşinqton niyə növbədənkənar seçkinin əleyhinə olmalıdır ki? O ki qaldı, “Azadlıq” radosunun Bakıda yenidən fəaliyyətə başlamasına, bəli Dövlət Departamenti radionun Bakıda ofisinin yenidən açılmasını istəyərdi, ancaq bunu yerli hakimiyyət istəmir və amerikalı diplomatlar israr etməyəcəklər. Çünki onlar üçün Bakı ilə müzakirə ediləsi daha vacib mövzular var.
Trampı, onun administrasiyasını, o cümlədən Dövlət Departamentinin indiki rəhbərliyini və yuxarı eşelonundakı diplomatlarını insan haqları və demokratiya mövzuları az maraqlandırır. ABŞ-ın hazırki xarici siyasətini başqa trendlər müəyyələşdirir”-deyə, politoloq fikrini tamamlayıb.
Siyasi şərhçi Azər Həsrət isə deyib ki, ABŞ dövlət katibi müavininin müşaviri, xanım Bricet Brinkin Bakıya səfəri bir daha göstərdi ki, ABŞ bir çoxlarının iddia etdiyi kimi Azərbaycandan üz döndərmir, əksinə, ölkəmizlə münasibətləri daim ayaqda tutmağa çalışır: “Bu isə o deməkdir ki, dövlətimiz dünyanın supergücü olan ABŞ üçün ciddi maraq kəsb edir”.
Onun sözlərinə görə, ABŞ Azərbaycanı bölgənin ən önəmli dövləti kimi qəbul edir, onunla işbirliyində maraqlıdır və bunu zaman-zaman diqqətə çatdırmağı gərəkli sayır: “ATƏT-in Minsk Qrupu həmsədrlərinin səfərinin də eyni vaxta təsadüf etməsi, əlbəttə, xüsusi olaraq seçilmiş sayılmaya bilər. Amma onların yenidən bölgəyə gəlib münaqişənin həllini aktuallaşdırması da bizim üçün önəmlidir. Hələ nərəzə alaq ki, son günlər Azərbaycan ictimai rəyində 2018-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı az da olsa ümidlər cücərməkdədir. Bu baxımdan hər iki səfəri müsbət dəyərləndirə bilərik”.

Bu xəbər oxundu
- - -