Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“İran Türkiyənin Hələbi mühasirəyə ala biləcəyindən narahatdır”

08.02.18, 14:25
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azər Rəşidoğlu: “Bu məsələdə Türkiyənin önə çıxması Tehranın maraqlarına uyğun deyil”

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) “Zeytun budağı” əməliyyatı davam edir. TSQ əməliyyat çərçivəsində zərərsizləşdirilən terrorçuların sayını açıqlayıb. Suriyanın Afrin bölgəsində 20 gün ərzində terror təşkilatlarına məxsus 1028 terrorçu məhv edilib. Qeyd edilir ki, “Zeytun budağı” əməliyyatı planlandığı kimi uğurla davam etdirilir.
TSQ Baş Qərargahı həmçinin bildirib ki, əməliyyatlar başlandığı gündən bu yana 40 nöqtə terrorçulardan tamamilə təmizlənib. Türk ordusu Afrinin 15 kilometrliyində möhkəmlənib. Döyüşlərdə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları aktiv iştirak edib.
Qeyd edək ki, Suriyada proses getdikcə maraqlı məcraya qədəm qoyur. Xarici KİV-in yaydığı məluamata görə, Suriyada PKK terror təşkilatının qanadı PYD Əsəd ordusunun hücumuna uğrayıb. Hücum zamanı PYD-nin qərargahında olan amerikalı əsgərlər də Suriya ordusu ilə vuruşub. PYD-nin ciddi itki verdiyi toqquşmada Əsəd ordusunun 100-dən artıq əsgərinin öldüyü haqda məlumat yayılıb. ABŞ isə hücumla bağlı rəsmi açıqlamada "əsgərlərinin İŞİD-ə qarşı döyüşdüyünü" iddia edib.
ABŞ və YPG qüvvələrinin Suriya Prezidenti Bəşər Əsədə sadiq qüvvələrə məxsus məntəqəyə hücum etməsinə Dəməşqin açıqlaması gecikməyib. Bununla bağlı Suriya dövlət televiziyası məlumat yayıb. Açıqlamada ABŞ-ın Suriya hökumət qüvvələrinin mövqelərini bombardman etdiyi təsdiqlənib: “Bu hücumla ABŞ sübut etdi ki, terrora dəstək verir”.

Bu xəbər oxundu
- - -