Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

AZAL-ın vitse-prezidenti: “Daşınan sərnişinlərin sayında hər il artım var”

13.02.18, 8:55
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Azərbaycanda keçirilən beynəlxalq idman yarışlarında Azərbaycan milli aviasiyasının da rolu böyükdür". Bunu “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev Heydər Əliyev Mərkəzində Bakı Şəhər Halqası və Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə keçirilən “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları 2018” adlı konfransda çıxışı zamanı deyib. E.Hacıyev uçuş təhlükəsizliyinin təkmilləşdirilməsi və xidmət səviyyəsinin artırılması istiqamətində daim işlər aparıldığını diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycanda 7 hava limanı fəaliyyət göstərir və onlardan 6-sı beynəlxalq statusludur.
Vitse-prezident Heydər Əliyev adına Beynəlxalq Hava Limanı vasitəsilə daşınan sərnişinlərin sayında hər il artım olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, 2017-ci ildə Heydər Əliyev adına Beynəlxalq Hava Limanı 4 milyondan artıq sərnişinə xidmət göstərib ki, bu da 2016-cı illə müqayisədə 20 faiz çoxdur. E.Hacıyev vurğulayıb ki, bu ilin yanvarında artım 19 faiz təşkil edib. Onun sözlərinə görə, Beynəlxalq Hava Limanının potensialı 9 milyon nəfər təşkil edir: “Mövcud imkanlarımızın 50 faizini belə istifadə etmirik. Yəni, yaxın gələcəkdə artım olacağı təqdirdə, əlavə sərmayə qoymağa ehtiyac yoxdur. Hazırda əsas məqsədimiz tranzit sərnişindaşıma sistemi yaratmaqdır. I Terminal MDB məkanında ən yaxşı terminal elan olunub. 2017-ci ilin sentyabrından fəaliyyətə başlayan “Buta Airvays” regionda ilkdir”.

Bu xəbər oxundu
- - -