Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Misir Universitetində Azərbaycan dili tədris edilir

13.02.18, 12:36
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Vətənpərvər" - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyi Ayn- Şəms Universitetinin Ədəbiyyat fakültəsinin "Şərq dilləri" bölməsində Azərbaycan dilinin tədrisinə başlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan dilini tələbələrə Tədris Birliyin sədr müavini Sədaqət Səmədova öyərdir. Universitetin 2-ci və 3-cü kurslarında tədris edilən Azərbaycan dili dərslərində 350 nəfərdən artıq tələbə iştirak edir. Azərbaycan dilini öyrənməyə böyük maraq göstərən gənclər dili daha daha yaxşı mənimsəmək üçün diaspor təşkilatından əlavə kursların təşkilini xahiş ediblər. Birliyin sədri, tədqiqatçı-alim Seymur Nəsirov bunun üçün bütün imkanların olduğunu bildirərək yaxın günlərdə Qahirədəki diaspor mərkəzində Azərbaycan dilini öyrənmək istəyən tələləbələrə əlavə kursların təşkil olunacağını qeyd edib.
Hazırda Qahirədə diaspor mərkəzində gənclərə Azərbaycan dilinin tədrisi ilə yanaşı, tələbələrə ölkəmizin tarixi, mədəniyyəti və həqiqətləri barədə də məlumat verilir. "Vətənpərvər" - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyi bu sahədə Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyi ilə birgə fəaliyyət göstərir.

Bu xəbər oxundu
- - -