Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Prezident Formula-1 qrupunun baş icraçı direktorunu qəbul edib

13.02.18, 14:36
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan prezidenti İlham Əliyev Formula-1 Qrupunun baş icraçı direktoru Çeyz Kerini qəbul edib.
Görüşdə Azərbaycanda Formula-1 yarışlarının çox yaxşı təşkil olunduğu və yüksək səviyyədə keçirildiyi vurğulanıb, qeyd edilib ki, Formula-1 yarışlarının Azərbaycanda təşkili xeyli sayda insanların paytaxtımızda gedən inkişafla yaxından tanış olması ilə bərabər, eyni zamanda, Azərbaycana turist axınının təmin edilməsi işinə də öz töhfəsini verib.
Söhbət zamanı Bakıda bu ilin aprel ayında keçiriləcək Formula-1 yarışları ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu xəbər oxundu
- - -