Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Hər kəs öz ordusunun əsgəri kimi hərəkət etməlidir”

14.02.18, 11:50
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Sahib Alıyev: “Türkiyədə belə bir informasiya atmosferi formalaşdırılır”


“Bizim həm uyğun qurumların, həm də jurnalist və ekspertlərin Türkiyənin Afrin əməliyyatı zamanı yeritdiyi və yürütdüyü informasiya siyasətini dərindən və yaradıcı bir şəkildə izləmələrinə ehtiyac var”. Bunu millət vəkili Sahib Alıyev deyib. “Mənim orada diqqətimi ən çox cəlb edən çeşidli qurumların arasındakı sıx koordinasiya, sinxronluq, fors-major hallara operativ reaksiya, ekspertlərin insayder informasiyaları ilə necə təmin edilmələri və onların bu informasiyalarla necə işləmələridir. Savaş gedən və yaxud savaşan aparan bir ölkədə siyasətçi də, məmur da, ekspert də, kəndli də, əsnaf da, həkim də, müəllim də, axund da, evdar qadın da - hər kəs öz ordusunun dəstəkçisi, dəstəkçisindən də ötə əsgəri kimi hərəkət etməlidir. Bax Türkiyədə belə bir informasiya atmosferi formalaşdırılır və fikrimcə, bu çox önəmlidir”-deyə, deputat fikirlərini tamamlayıb.

Bu xəbər oxundu
- - -