Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycan-Gürcüstan əməkdaşlığı bir çox ölkələr üçün geniş imkanlar açır”

15.02.18, 13:27
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan prezidenti İlham Əliyev Gürcüstan baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ilə görüşüb.
Dövlət başçısı Azərbaycan ilə Gürcüstanın uzun illər fəal əməkdaşlıq etdiklərini bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, bu əməkdaşlıq təkcə Azərbaycan və Gürcüstan üçün deyil, ümumilikdə bir çox ölkələr üçün geniş imkanlar açır. Onun sözlərinə görə, “Cənub Qaz Dəhlizi” layihəsi uğurla həyata keçirilir və bu, ölkələrimizin imkanlarının və tərəfdaşlığının göstəricisidir.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan və Gürcüstan nəqliyyat sahəsində də qlobal layihələr həyata keçirirlər. O qeyd edib ki, neft-qaz sahəsindəki əməkdaşlıq ölkələrimizi bir-birinə daha da yaxınlaşdırır və dayanıqlı inkişaf üçün əsas yaradır.
“Cənub Qaz Dəhlizi” layihəsinin artıq yeddi ölkəni əhatə etdiyini deyən prezident İlham Əliyev qeyd edib ki, istehsalçı və tranzit ölkələr arasında maraqların uzlaşdırılması çox vacibdir: “Biz buna nail olmuşuq və bu, gələcək uğurlarımızın zəmanətidir”.
Dmitri Kumsişvili isə Gürcüstanın bu layihədə iştirakının önəmini vurğulayaraq Cənub Qaz Dəhlizinin icrası nəticəsində ölkəsində minlərlə yeni iş yerinin açıldığını deyib. O qeyd edib ki, Azərbaycan və Gürcüstan birlikdə uğurlu qlobal layihələr həyata keçirirlər. Bu layihələr həm Azərbaycan, həm Gürcüstan, həm də Türkiyə və Avropa üçün böyük əhəmiyyətə malikdir.

Bu xəbər oxundu
- - -