Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Cənub Qaz Dəhlizi Azərbaycan iqtisadiyyatının inkişafı üçün ən etibarlı mənbələrdən biridir”

16.02.18, 9:15
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Cənub Qaz Dəhlizi layihəsi Azərbaycan iqtisadiyyatının inkişafı üçün ən etibarlı və dayanıqlı mənbələrdən biridir". Bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, bu layihə həm iqtisadi, həm də siyasi baxımdan Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir.
Onun sözlərinə görə, ötən gün Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Bakıda keçirilən nazirlərin dördüncü toplantısı və iclasdakı çıxışlar layihənin nə dərəcədə əhəmiyyətli olduğunu aydın göstərdi.
A.Hüseynov vurğulayıb ki, Avropa dövlətləri də bu layihənin həyata keçirilməsində çox maraqlıdır:
“Bakıda keçirilən toplantıda Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç bildirdi ki, Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyəti çox vacibdir və bu, gələcəkdə daha da artacaq. Əlbəttə, bu o deməkdir ki, bu layihə Azərbaycan iqtisadiyyatına böyük töhfə verməklə yanaşı, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması və mövqelərinin güclənməsi üçün mühüm əhəmiyyət daşıyır”.
Deputat hesab edir ki, bu layihə, eyni zamanda, ölkələr arasında digər sahələrdə əməkdaşlığın inkişafına, ticarət dövriyyəsinin artmasına təkan verəcək.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)