Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Rusiya kiber hücumlarda ittiham olundu

16.02.18, 9:44
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

ABŞ-dan sonra Avstraliya höküməti də Rusiyanı“NotePetya” virusundan istifadə etməklə nəhəng haker hücumunda ittiham edib. Xarici KİV-lər xəbər verir ki, bu barədə yerli mətbuat yazır.
Avstraliya kəşfiyyat orqanlarının hesabatları, ABŞ və Böyük Britaniya ilə məsləhətləşmələrdən sonra Avstraliya bu hücumların məsuliyyətinin Rusiya dövlət dəstəyi ilə fəaliyyət göstərən şəxslərə aid olduğunu hesab edir.
16 fevral 2018-ci ildə Avstraliya hüquq-mühafizə orqanları və kiber-mühafizə naziri Enqus Teylorun “The Australian”a şərhində qeyd olunur:
“Avstraliya Höküməti Rusiyanı Qlobal iqtisadiyyata, hökumət orqanlarının, biznesə və insanların fəaliyyətinə ciddi risk yaradacaq bu cür hərəkətlərə görə qınayır”.
2017-ci il iyunun 27-də məlumətlara girişə kilid qoyan və kilidin açılması üçün əlavə ödəniş tələb edən virusdan Avropa, Asiya və Amerika hökumət orqanlarına milyonlarla dollar dəyərində zərər dəyib.
Qeyd edək ki,“NotePetya” virusu əvvəl Rusiya, sonra Ukraniyada yayılıb. Və buradan digər ölkələrə yayılmağa davam edib.
Qeyd edək ki, 15 fevral ABŞ hökumətinin Britaniyanın ardınca Rusiyanı ittiham etməsinə Rusiyadan cavab özünü çox gözlətmədi. Həmin gün Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov Rusiya hökümətinin əsassız surətdə irəli sürülən bu cür ittihamları rədd etdiyini bildirib.
2018-ci il gərgin və dünya siyasətinə təsir göstərəcək önəmli hadisələrin gözləntisindədir. Regionda xüsusilə Ermənistan, Rusiya və Azərbaycandakı prezident seçkiləri diqqət mərkəzindədir.
Ermənistanda prezident seçkiləri martın 1-dən start götürəcək. Budəfəki seçkilərin özəlliyi ondan ibarətdir ki, ölkədə əsas icraedici funksiya prezidentdən baş nazirə keçəcək. Prezident isə yaşı 40-ı keçmiş, son 6 ili daim Ermənistanda yaşayan namizədlərin qatılacağı seçkidə mübarizə aparacaq. Prezidenti parlament seçəcək. Yalnız 1 müddətdə (7 illik) seçkilən prezident ölkədə mərasim funksiyası yerinə yetirəcək.
Azərbaycanda isə dövlət başçısı Konstitusiyamızın 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alıb ki, növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkiləri elan edilsin. Seçicilər aprelin 11-də növbədənkənar prezident seçkilərinə gedəcəklər.
Maraqlıdır, prezident seçkilərindən sonra Ermənistan və Azərbaycan arasındakı danışıqlarda hansı dəyişikliklər ola bilər?

Bu xəbər oxundu
- - -