Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Qarabağ xanlığında kənd təsərrüfatı və aqrar münasibətlər

19.02.18, 6:49
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

6-cı yazı

Barlı bağı vaxtilə Pənahəli xanın atası İbrahimxəlil ağa saldırmışdı, Pənahəli xan isə burada imarətlər inşa etdirmişdi. Xan ailəsində vəfat edənləri orada dəfn edirdilər. Xan nəslindən olan xanzadələrin dəfn olunduğu Barlı və Narlı bağlarını Pənahəli xanın vəsiyyətinə əsasən, satmaq və icarəyə vermək qadağan edilmişdi. Barlı bağda xanın 8 otağı və hamamı olan yaraşıqlı imarəti vardı. Barlı bağın barı xeyrat elan olunmuşdu və əhaliyə pulsuz paylanırdı. Bağmanlar kəndində iki əvvəllər salınmış və bir yeni meyvə və bir tut bağı vardı. Kənd sakinləri bu bağlara qulluq etməli və qorumalı idilər. Buradakı bağlar heç vaxt icarəyə verilmirdi, Şuşaya yaxın olduğundan onların meyvəsindən xan ailəsi istifadə edirdi. Bu kənddə xanın 20 otaqlı yaraşıqlı imarəti, buzxanası, at tövləsi, hamamı və s. inşa olunmuşdu və ayrı tikililəri vardı. Kəndin sakinləri heç bir vergi ödəmir, əvəzində xanın bağlarına qulluq edirdilər.
Tarix elmləri doktoru Zemfira Hacıyevanın araşdırmasında vurğulanır ki, Ağdamdakı bir sıra xan bağlarmı Mehdiqulu xan müxtəlif şəxslərə, o cümlədən «Təzə bağ» general Mədətovun anasına, heç bir adı olmayan bağı isə İbrahimxəlil və Mehdiqulu xanların yanında çalışmış Xəlil bəyə, Hüseyn bağı Seyx Məhəmmədə, yenə adsız bir bağı Əsəd bəyə bağışlamışdı. Feodallara məxsus bostanları kəndlilər becərirdi. Yalnız Hindarxdakı bostandan İbrahimxəlil xana bir il ərzində 50 yük qovun və qarpız gətirilirdi. İldə təxminən 200-220 desyatin sahədə bostan becərilirdi. Bostanlarda qarpız, yemiş, xiyar, boranı, qarğıdalı, günəbaxan, noxud, bibər, soğan, sarımsaq və s. yetişdirilirdi.
Qarabağ xanlığında üzümçülüyün inkişafı üzüm tənəklərinin çınqıllı torpaqda bitməsi, habelə tənəklərin daimi qulluq tələb etməməsi ilə bağlı idi. 1832-ci ildə Qarabağ xanlığı ərazisində 3080 üzümlük vardı. Xristian kəndlərində üzümdən şərab hazırlanırdı. Xanlıqda az da olsa (başlıca olaraq Mehri mahalında) pambıq becərilirdi. Xalq təbabəti və baytarlıqda istifadə olunan bitkilər də yetişdirilirdi.
Xanlığın iqtisadiyyatında əkinçiliklə yanaşı, heyvandarlıq da mühüm rol oynayırdı. Qarabağın əlverişli təbii və iqlim şəraiti, gözəl yaylaqların olması maldarlıq sahəsinin inkişafı üçün geniş imkanlar yaradırdı. 1832-ci ilin məlumatma görə, Qarabağda çəmənliklərin ümumi sahəsi 300 min desyatin idi. Qarabağda digər xanlıqlara nisbətən heyvandarlıq daha yüksək səviyyədə inkişaf etmişdi. Maldarlığı gündəlik həyatın gərəkli sahəsi edən onun həm əkinçilik vasitələri (qoşqu heyvanı), həm ərzaq (ət və süd), həm də toxuculuq məhsulları (geyim əşyaları) üçün önəmli olması idi. Mühüm xammal mənbəyi olan maldarlıqda qoyunçuluq geniş yayılmışdı və bu sahə xanlığın xarici ticarət əlaqələrində mühüm yer tuturdu.
Maldarlıqda iri və xırdabuynuzlu heyvanlar çox önəmli yer tuturdu. XIX əsrin 30-cu illərinə aid məlumata əsasən, Qarabağda 100 min baş iribuynuzlu mal-qara, 300 min baş xırdabuynuzlu heyvan (qoyun və keçilər), 3500 donuz, 20 min at, 2.200 ulaq, 100 dəvə vardı. Mal-qaranın əhəmiyyətli hissəsi xana, bəylərə, məliklərə və ağalara, habelə varlı kəndlilərə, elatlara məxsus idi. Əkinçiliklə məşğul olan əhali iribuynuzlu heyvanları başlıca olaraq təsərrüfat məqsədi üçün (qoşqu heyvanı), qismən də qida mənbəyi kimi saxlayırdısa, elatlar iribuynuzlu heyvanlardan başlıca olaraq sənaye və ticarət nəfinə ehtiyaclarmı ödəmək üçün istifadə edirdilər. Elatlardan fərqli olaraq əksər hallarda əkinçi təsərrüfatlarının vəziyyəti iribuynuzlu heyvanların varlığından birbaşa asılı olsa da, köçəri elatlar arasında daha çox xırdabuynuzlu heyvandarlıq yayılmışdı.
Xırdabuynuzlu heyvanların saxlanılması sənaye və ticarətin inkişafına təkan verirdi. Qoyunçuluğun inkişafı qaramalın sayınm məhdudlaşmasına səbəb olurdu. Qaramal özünə böyük diqqət tələb etdiyi halda davar müəyyən dərəcədə kəndlini bu cür qayğılardan azad edirdi. Digər tərəfdən, xırdabuynuzlu heyvanlar tələf olduqda sahibinə qaramalın itkisinə nisbətən az ziyan yetirirdi. Nəhayət, davar süd məhsulları ilə yanaşı yuna olan tələbatı da ödəyirdi. Maldarlığın ən mühüm sahələrindən biri olan atçılıq kənd təsərrüfatında özünəməxsus yer tuturdu. Qarabağda yetişdirilən cins atlar öz gözəlliyi, dözümlülüyü, çevikliyi və iti qaçışı ilə fərqlənirdi. İngilislər öz hind süvariləri üçün Qarabağ atları alırdılar. At yeganə və əvəzedilməz nəqliyyat vasitəsi hesab olunurdu. Fasiləsiz feodal ara müharibələri və düşmən basqınları şəraitində at döyüşlərdə minik vasitəsi kimi əvəzsiz rol oynayırdı. Nadir hallarda atdan kənd təsərrüfatı işlərində istifadə edirdilər.
Mirzə Camal yazır ki, «İbrahim xanın yüyrək atları və çoxsaylı ilxısı İran və Türkiyədə şöhrət qazanmışdı». Tarixçilərin yazdığına görə, «xanın atlarının əksəriyyəti Nadir şahın atlarının cinsindən imiş. Xan onları Azərbaycanm müxtəlif bölgələrindən, habelə Xorasandan alıb gətirmişdi. Təqribən 3-4 min xüsusi cins ayğırları, çoxsaylı qoyun sürüləri, iribuynuzlu mal-qarası vardı». At həm də feodallar üçün bir təmtəraq, əyləncə vasitəsi idi. Ovu çox sevən İbrahimxəlil xanın əla cinsə malik xüsusi at ilxıları vardı. Xanlıqda atçılıq zavodu fəaliyyət göstərirdi. 1832-ci ildə 11 belə zavod qeydə alınmışdı. Bu zavodlarda 250 köhlən və 1.400 madyan saxlanırdı. İri feodallar satış üçün at yetişdirməklə məşğul olurdular. 1832-ci ildə Qarabağda bir atın dəyəri 30-dan 300 əşrəfıyədək idi. Xanlıqda müəyyən miqdarda qatır saxlanırdı, azsaylı dəvələrdən isə əsasən xanlığın cənub hissəsində (Cəbrayıl və s.) istifadə olunurdu.
Artım faizinə görə donuz gəlirli heyvan olsa da, dini qadağalara istinadən Azərbaycan xanlıqlarında donuzçuluqla məşğul olmurdular. Bu baxımdan yalnız Qarabağ və Maku xanlıqları istisna təşkil edirdi. Tuğ, Quşçu baba, Çanaxçı, Saruşen və digər kəndlərdə xristianlar donuzçuluqla məşğul olurdular. Palıd meşələrində qozanın bolluğu donuzçuluğun inkişafına təkan verirdi. Qış mövsümündə mal-qaranı Kür və Araz çaylarının sahillərində otarırdılar. Qarabağ yaylaqlarında mövsüm may ayında başlayırdı. Adətən qışlaqların tərk edilməsi qışlaqlarda alafın miqdarından, yaylaqlarda qarın əriməsindən asılı olurdu. Yağıntısız keçən yaz aylarında mal-qaraya zərər yetirən həşəratların, zəhərli ilanların artmasına görə naxırçılar yaylağa qalxmağa tələsirdilər. Maldarlığm bu xüsusiyyəti 1917-ci ilin Oktyabr çevrilişindən əvvəl bir sıra tarixçilərin Azərbaycanda köçəri maldarlığm olması iddialarının irəli sürülməsinə səbəb olmuşdu. Ancaq məlum olduğu kimi, köçəri maldarlar yalnız maldarlıqdan gələn gəlirlə dolanır, əkinçiliklə məşğul olmur, mal-qaranı yalnız təbii otlaqlarda saxlayır, yem tədarük etmirdilər. Köçəri maldarlar bir yerdən başqa yerə köçürülməsi mümkün olan alaçıqlarda yaşayırdı, yəni onların daimi yaşayış yeri və təsərrüfat tikililəri olmurdu. Halbuki Azərbaycanda elatlar yalnız maldarlıqdan gələn gəlirlə deyil, habelə əkinçiliklə məşğul olur, qışa yem tədarük edir, daimi yaşayış evləri və təsərrüfat tikililəri inşa edirdi. Deməli, bu köçəri yox, köçmə maldarlıq idi. Digər tərəfdən, köçəri maldarlığm bir xüsusiyyəti də köçəri maldarların otlaqlardan sərbəst istifadə edə bilmələri idi. Xanlıqlar dövründə isə elatlar otlaqlardan istifadəyə görə xan xəzinəsinə vergi ödəyirdilər.
Bulaqlara yaxın, küləklərdən qorunan yaylaqlarda köçməlilər alaçıqda, pambıq parçadan hörülmüş çadırlarda, yaxud qazma damlarda yaşayırdılar. Heyvan sahibi qışda taqətdən düşmüş mal-qarasını yaşıl çəmənliklərdə kökəldir, evdar qadınlar süd məhsullarını sataraq zəruri sənaye malları əldə etmək üçün vəsait toplayırdılar. Köçlər oturaq əhaliyə ciddi ziyan vururdu. Yaylağa aparılan mal-qara yoldakı kəndlərin ərazisində otarılır, bəzən bostanlar və əkinlər tapdanırdı. Buna görə də tez-tez elatlarla yaylağa gedən yolun yerləşdiyi kəndlərin sakinləri arasında münaqişələr baş verirdi.
Heyvandarlıq məhsulları əsasən yerlərdə emal olunurdu. İri və xırdabuynuzlu mal-qaranın südündən yağ, pendir, xama və kəsmik hazırlanırdı. Qoyunun yunundan ip əyirir, palaz, xalça, cecim, məfrəş, xurcun və s. toxunurdu. Yundan parça toxuyub çuxa və s. geyimlər tikirdilər. Kəndli təsərrüfatında quşçuluq nisbətən zəif inkişaf etmiş, bütünlükdə daxili istehlakı ödəməyə yönəlmişdi. Yalnız Şuşa ºəhəri inkiºaf etdikdən sonra kəndlilər bazara toyuq, çolpa və yumurta gətirirdilər.
Xanlıqda zəngin və rəngarəng flora, ətirli çəmən gülləri və çöl bitkilərinin olması arıların qidalanması üçün ideal şərait yaradırdı. Ancaq arıçılıq kifayət qədər inkişaf etməmişdi. Bu, bir tərəfdən, balın satılması üçün bazarın olmaması, digər tərəfdən, yaylaq-qışlaq həyat tərzi ilə bağlı idi. Gündəlik qayğıların çoxluğu da kəndliyə arılarla məşğul olmağa imkan vermirdi. 1832-ci ildə Qarabağda 2500 arı pətəyi qeydə alınmışdı. Qafan, Çiləbörd və Xaçın meşələrində yabanı anlara çox rast gəlmək olurdu. Hər il orta hesabla 600 pud bal və 200 pud mum əldə edilirdi.
Ovçuluq daha çox əyləncə səciyyəsi daşıyırdı, canavar, bəbir və tülküləri tələyə salmaqla tuturdular. Kür və Araz çayları sahillərində yaşayan kəndlilər su samurunu ovlayıb böyük mənfəət əldə edirdilər. Dovşan və vəhşi toyuq, kəklik, turac və s. quş ovu geniş yayılmışdı. Ov əti əldə etməkdən daha çox xəz əldə etmək məqsədi güdürdü. Ovçuluğun zəif inkişafı İslam dininin bir çox vəhşi heyvanların ət və xəzini murdar hesab etməsi ilə bağlı idi. İbrahimxəlil xana məxsus Cuvarlı (Dizaq) kəndində 6 ovçu ailəsi xan şahinlərinə qulluq etdikləri üçün bütün vergilərdən azad edilmişdi. Ceyran ovu üstünlük təşkil edirdi. Sakinlər cüyür balalarını tutub əhliləşdirirdilər. Xristianlar ayı ovuna üstünlük verərək onun piyindən sabun hazırlanması üçün istifadə edirdilər. Əhalinin bir qismi balıqçılıqla məşğul olurdu. Balığı Kür, Araz, Xaçın çaylarında, Bazarçaym yuxarı axınında tuturdular. Kür və Araz çaylarında qızıl balıq, nərə, uzunburun balıq, naqqa balığı və s. balıqlar ovlanırdı. Azərbaycanda çox dadlı və qiymətli alabalıq olurdu. Balıqçılıq da istehlak səciyyəsi daşıyırdı. Şuşada 1 batman balıq rus pulu ilə 80 qəpiyə - 1 rubla satılırdı.

Elçin Qaliboğlu

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)