Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Rusiya “Vaqner”in qisasını alacaq

19.02.18, 9:21
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Moskva Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin döyüşçülərinin Suriyada məhv edilməsini cavabsız qoymayacaq.
Bunu Ukrayna mətbuatına açıqlamasında rusiyalı hərbi ekspert Sergey Zqurets söyləyib.
“Moskva anlayır ki, “Vaqner” döyüşçülərinin məhvi daha ciddi əməliyyatın elementidir. “Vaqner” döyüşçülərinin məhvi Moskvanın başqa cür hərəkət etməsi üçün verilən işarədir. İstənilən halda regionda çoxlu ölkələrin maraqları kəsişir. Müxtəlif hadisələrin real səbəb və nəticələri bizim televizor ekranlarından gördüklərimizdən daha fərqli ola bilər”, – deyə o bildirib.

Bu xəbər oxundu
- - -