Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Göyərçin kimi görsənməyə çalışan Sarkisyan....”

19.02.18, 10:52
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Sahib Alıyev: “Onun Azərbaycanca sual verməsi yox, "haralısan" soruşmasıdır”

“Münhen Təhlükəsizlik Konfransında çıxış edərək göyərçin kimi görsənməyə çalışan Serj Sarkisyan ona keçmişdəki quzğunluğu ilə bağlı çoxlu faktların yer aldığı sual yönəldən gənc diplomatımız Sədi Cəfərova yaxınlaşıb Azərbaycanca "haralısan" soruşub”. Bu barədə millət vəkili Sahib Alıyev özünün “facebook” səhifəsində yazı paylaşıb.
Maraqlıdır ki, bu haqda yazıların hamısında diqqət forpostbaşının Azərbaycanca sual verməsinə yönəldilib. Amma diqqət yönəldilməli onun Azərbaycanca sual verməsi yox, "haralısan" soruşmasıdır. Əmin ola bilərsiniz ki, Sədi Cəfərov Qarabağdan olduğunu deməsəydi, Sərkisyan susmayacaq, məkrli nəsə söyləyəcəkdi. Ona görə də sərkisyanların bu qəbildən suallarına özünün və ata-anasının harada doğulub- böyüməsindən asılı olmayaraq hər bir azərbaycanlının verdiyi cavab belə olmalıdır: Qarabağlıyam, Qarabağlayam!
Məhz bu zaman sərkisyanlar da, havadarları da anlayacaqlar ki, biz torpaqlarımızın hay tapdağı altında qalması ilə barışmırıq, barışmayacağıq, son qarışınadək qaytaracağıq!”-deyə, S.Alıyev fikirlərini tamamlayıb.
Siyasi şərhçi Azər Həsrət isə deyib ki, Münhen Təhlükəsizlik Konfransının panel sessiyasında Azərbaycanın Almaniyadakı səfirliyinin birinci katibi, gənc diplomat Sədi Cəfərovun Ermənistan prezidenti Serj Sarkisyana ünvanladığı suallar qarşısında işğalçı ölkə rəhbəri çaşqınlıq içində qalıb: “Hətta Serj Sarkisyanın öz çıxışını tamamladıqdan dərhal sonra Sədi Cəfərova yaxınlaşaraq ona Azərbaycan dilində "Haralısan?" sualını verməklə guya özünün üstün olduğunu göstərmək istəyib”. Onun sözlərinə görə, Sarkisyanın suallara verəcək cavabı olmadığına görə, yayınmağa məcbur idi: “Çünki onun başqa deyəcək bir sözü yox idi. Fakt göz qarşısındadır və bütün dünya da bunu bilir. Ermənistan nə qədər təbliğat aparsa da bunun heç bir xeyri yoxdur. Dünya bilir ki, bu fakt işğal faktdıdır və təbiidir ki, Ermənistan bu məsələdə üstün durumda deyil. Ona görə də suala cavab verə bilməyib. Amma Sarkisyan içindəki o qəzəbi, əsəbi, narahatlığı pozmaq üçün faktiki olaraq Münhen Təhlükəsizlik Konfransının panel sessiyasında mövzudan yayınmağa cəhd göstərib. Əslində bununla bir daha onu göstərib ki, ermənilər, xüsusən də Sarkisyanın özü hara getsələr belə bizdən qurtuluşları yoxdur. Yəni Azərbaycan onların həyatlarının bir tərkib hissəsidir. Əgər Sarkisyanın özü Azərbaycan dilində danışırsa bu bir daha onu sübut edir ki, ermənilər faktiki olaraq müstəqil deyillər, ümumiyyətlə, onlar tarix boyu heç vaxt müstəqil olmayıblar. Amma biz ermənilərin dilini öyrənməyə zərurət hiss etməmişik. Çünki hər zaman üstün durumda olmuşuq”.

Bu xəbər oxundu
- - -