Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycan ictimaiyyəti Adaktussonun hərəkətlərini pisləyir”

19.02.18, 11:24
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Umud Mirzəyev: “Lars Adaktusson davranışı ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan müzakirələrə ciddi zərbə vurur”

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması məqsədi ilə Gənc Politoloqlar Mərkəzinin dəvəti ilə Azərbaycanda səfərdə olan İsveçin “Make a Change” (Dəyişiklik edin!) vətəndaş cəmiyyəti təmsilçisinin rəhbəri Kristian Nordenström, İsveçin turizm sektorunun təmsilçisi,“Butikstrender” jurnalının sahibi Niklas Verner , o cümlədən "Gənclər Antisemitizm və Ksenofobiyaya qarşı" təşkilatının rəhbəri Siavuş Derəxti, Dünya Azərbaycanlıları Milli Birliyinin sədri, Dünya Azərbaycanlıları Konqresinin sabiq sədri Cavad Derəxti BAMF-ın ofisində olublar. BAMF-ın prezidenti Umud Mirzəyev qonaqlara Ermənistan Azərbaycan münaqişəsinin tarixi, reallıqlar, münaqişənin həlli perspektivlərinə dair məlumatlar verib. Müharibə nəticəsində dağıdılmış infrastruktur, yaşanmış faciələr, erməni ordusunun insanlıq əleyhinə törətdiyi cinayətlər, Azərbaycan ərazilərinin işğalı nəticəsində bir milyondan çox insanın qaçqın və məcburi köçkün həyatı barədə söhbət açıb. O, Azərbaycanın işğal faktoru ilə üz-üzə qalmasına baxmayaraq sosial-iqtisadi, hərbi sahədə güclənməsi, bu istiqamətdə əldə olunan nailiyyətlərə dair qonaqlara məlumat verib. Uud Mirzəyev qonaqları rəhbərlik etdiyi BAMF-ın bu sahədə gördüyü işlər barəsində də məlumatlandırıb.
Bu əsnada Umud Mirzəyev əslən isveçdən olan Avropa Parlamentinin üzvü Lars Adaktussonun Azərbaycanın arzuolunmaz şəxslər siyahısına daxil edilməsi məsələsinə toxunub. BAMF prezidenti bildirib ki, Avropa Parlamentinin İsveçdən olan üzvü Lars Adaktussonun Ermənistan tərəfindən bir milyondan artıq insana qarşı qanlı etnik təmizləmənin, o cümlədən insanlıq əleyhinə cinayət və soyqırımı aktı olan Xocalı faciəsinin törədildiyi Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi onun təcavüz və qanlı etnik təmizləmə əməllərinə dəstək verməsi mənasını daşıyır. Bu kimi qanunsuz səfər ilə Lars Adaktusson Azərbaycanın qanunlarını və beynəlxalq hüququn norma və prinsiplərini pozmaqla bərabər, münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərinə xələl gətirir. Üstəlik Lars Adaktusson uzun illər tarixi olan İsveç-Azərbaycan əlaqələrinə də zərbə vurmuş olur. İsveç ictimaiyyəti bilməlidir ki, Avropa Parlamentinin üzvü Lars Adaktussonun bu səfərinin Brüsseldə fəaliyyət göstərən, çirkli brilyant ticarəti, pulların yuyulması ilə məşğul olan erməni lobbi rəhbərinin iştirakı və maliyyəsi ilə həyata keçirilməsi xüsusilə utancvericidir. Avropa İttifaqı üzv dövlətlərinin də aqressiv separatizm meyillərindən əziyyət çəkdiyi, Avropa İttifaqı və Avropa Parlamenti tərəfindən Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü və suverenliyi dəstəkləndiyi halda, Lars Adaktussonun Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri və işğal edilmiş ərazilərdə yaradılmış kriminal rejimlə təmasa girməsi heç bir halda başadüşülən deyil. Lars Adaktusson bu səhv addımı ilə kifayətlənməyərək, bu dəfə Avropa Parlamentində fevralın 27-si Qarabağ münaqişəsi ilə bağlı qondarma bir tədbir də keçirmək istəyir. Bu qondarma tədbirin Qarabağ münaqişəsinin ən böyük faciəsi Xocalı soyqırımının 26-cı il dönümünə təsadüf etməsi belə isveçli deputatı bu tədbirlə bağlı fikrindən daşındırmayıb. Əlbəttə belə vəziyyətdə Azərbaycan ictimaiyyəti Lars Adaktussonun bu hərəkətlərini pisləyir, onu ədalətli və obyektiv olmağa, öz səhv hərəkətləri ilə Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlara zərbə vurmamağa çağırır. Məhz buna görə İsveçdən gələn qonaqlara müraciət edən Umud Mirzəyev bildirdi ki, onların bu məsələ ilə bağlı İsveç cəmiyyətini məlumatlandırması vacibdir. Qonaqlar isə Azərbaycan həqiqətlərinə dair İsçveçdə obyektiv məlumatın olmaması, bu səfər nəticəsində reallıqları öz gözləri ilə gördüklərindən, ölkənin inkişafı ilə tanış olduqlarından məmnun olduqlarını bildirdilər. Görüş çərçivəsində BAMF-ın təmas xəttinə yaxın ərazilərdə yaşayan uşaqlara həsr etdiyi qısametrajlı filmi izləyərkən qonaqlar göz yaşlarını saxlaya bilmədilər.
Əslən azərbaycanlı olan Siavuş Deraxti Azərbaycanın haqq səsinin, həqiqətlərin Avropada yayılması istiqamətində fəaliyyətlərin gücləndirilməsinin zəruriliyinə toxunaraq ölkəyə qarşı əsassız tənqidləri, təzyiqləri yolverilməz hesab etdiyini dedi.
Qonaqlar bu səfərin Azərbaycan haqda həqiqətlərin öyrənilməsi baxımından əhəmiyyətinə toxundular və İsveçdən olan sahibkarların, jurnalistlərin Azərbaycan səfərinin reallaşdırılmasının vacib olduğunu bildirdilər. Səfər çərçivəsində Eurasia Diary portalına müsahibə də verən qonaqlar səfər barəsində daha geniş şəkildə öz təəssüratlarını açıqladılar.

Bu xəbər oxundu
- - -