Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Testene Art Baku” beynəlxalq incəsənət festival-müsabiqəsi keçiriləcək

19.02.18, 11:33
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi ilə 27 mart – 2 aprel tarixlərində İtaliyanın “Testene Art Baku” Beynəlxalq Mədəniyyət Assosiasiyasının və 3 saylı 11 illik Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə II Beynəlxalq İncəsənət festival-müsabiqəsi keçiriləcək.
İdarənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqədə münsiflər heyəti kimi Rusiyanın xalq artisti Viktor Pelenyaqre, Rusiya və Tatarstanın xalq artisti Renat İbrahimov, bəstəkar, Litva Musiqi Akademiyasının professoru Arturas Ankskauskas, Vilnüs Musiqi Akademiyasının professoru, Litva-Avstrya cəmiyyətinin prezidenti Petras Kunka və festivalın fəxri qonağı qismində Fabio Lamborqini iştirak edəcəklər.
Müsabiqə 7 nominasiya - vokal, instrumental, rəqs, teatr, folklor, təsviri incəsənət, moda və dizayn üzrə keçiriləcək. Qalib gələn iştirakçılar I, II, III dərəcəli diplomlarla təltif olunacaq, onlara xüsusi hədiyyələr və təşəkkürnamələr veriləcək. Vokalçılar arasında Qran-pri mükafatına layiq görüləcək iştirakçıya qalib üçün Rusiyanın xalq artisti Viktor Pelenyaqre tərəfindən xüsusi bəstələnmiş mahnı hədiyyə olunacaq.
İlk dəfə 2016-cı ildə keçirilən “Testene Art” I Beynəlxalq festival-müsabiqədə müxtəlif ölkələrdən xeyli sayda iştirakçı Azərbaycanın musiqi mədəniyyəti və incəsənəti ilə yaxından tanış olub və təcrübə mübadiləsi aparılıb. Balaban ifaçısı Nicat Pələngov “Qran-Pri” mükafatına layiq görülərək İtaliyada keçirilən müsabiqəyə vəsiqə qazanıb və I dərəcəli diplomla təltif olunub.

Bu xəbər oxundu
- - -