Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Dünyada vəhşi qətliam arayan varsa...”

20.02.18, 10:17
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Türkiyə prezidenti: “Bu, Xocalıdır"

“Xocalı faciəsində şəhid edilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirik”.
NTV telekanalının verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) parlament qrupunun toplantısında çıxış edərkən deyib.
R. T. Ərdoğan Xocalı şəhərində qətlə yetirilən azərbaycanlılara rəhmət diləyib: “Dünyada vəhşi qətliam arayan varsa, bu, Xocalıdır. İnsanlıq tarixinin ən böyük zülmlərindən biri Xocalıda yaşanıb. Xocalı qatillərinə hökm kəsən ölkə gördünüzmü? Türk, müsəlmandırsa, həmin ölkələr bunu görmürlər. Biz isə Xocalıqətliamını unutmadıq, unutmayacaq və xatırladacağıq”.

Bu xəbər oxundu
- - -