Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Körpə ölümləri ilə bağlı BMT-nin statistikası

20.02.18, 10:24
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

BMT-nin tərkibinə daxil olan UNİCEF dünyada hər gün 1 ayı tamam olmayan 7000 körpənin həyatını itirdiyini açıqlayıb.
Xarici KİV-lər xəbər verir ki, dünyada hər il 2 milyon 600 min körpə hələ döğumundan bir ay keçməmiş ölür. Xüsusən də inkişaf etməmiş, modern çağdan geri qalan ölkələrdə körpələrin ölümü ciddi şəkildə çoxdur.
Buna baxmayaraq, ən çox körpə ölümü hadisəsinə Pakistanda rast gəlinir. Pakistanda hər 1000 körpədən 45-i bir aylığı tamam olmadan ölür.Siyahıda daha sonra Mərkəzi Afrika Respublikası və Əfqanıstan gəlir.
Körpə ölümlərinin ən az yaşandığı Yaponiyada hər min körpədən biri bir aylıq olmadan həyatını itirir. Siyahıda Yaponiyanı İslandiya və Sinqapur izləyir.
Belə ölümlərin ən əsas səbəbi erkən doğumdur: 80%. Bu zaman körpədə infeksiyalar, sepsis kimi xəstəliklər olur ki, onun erkən ölümünə səbəb olur.
Həmçinin UNİCEF-in açıqlamasında bildirilir ki, körpə ölümlərinin ən çox baş verdiyi 10 ölkədən səkkizi Afrika qitəsində yerləşir.

Bu xəbər oxundu
- - -