Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Şahdəniz-2“ layihəsi üzrə quruda tikinti işləri yekunlaşıb

21.02.18, 12:59
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Şahdəniz-2" layihəsi üzrə qurudakı əməliyyatlarla bağlı görülən tikinti işləri 100% bitib.
Bunu BP-nin "Şahdəniz-2" layihəsi üzrə baş meneceri Rəhman Rəhmanov bildirib.
Onun sözlərinə görə, bu günə qədər terminalın tikintisində 9 500 nəfər işləyib. Hazırda ərazidə 1500 nəfə işçi çalışır.
Rəhman Rəhmanov deyib ki, tikinti zamanı 134 km boru kəməri sistemləri, 19000 ton metal konstruksiyadan istifadə edilib. Ərazidə hər birinin ölçüsü 250 min barel olan iki çən tikilib.
Rəhman Rəhmanov deyib ki, hazırda "Şahdəniz" yatağından gələn qazın terminaldan gündəlik olaraq buraxılış gücü 1 mln. kubfut təşkil edir. "Şahdəniz-2" fəaliyyətə başlayanda onun ötürücülük gücü gündəlik olaraq daha 1,8 mln. kubfut artacaq.
O bildirib ki, 2018-ci ilin 1-ci yarısında "Şahdəniz-2"dən hasil olunan qaz həcmləri Cənub Qaz Boru Kəməri ilə nəql ediləcək. Bu il nəql olunan qaz həcmləri 2 mlrd. kubmetrə bərabər olacaq.

Bu xəbər oxundu
- - -