Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ərəblərə fındıq satacağıq

21.02.18, 13:26
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan şirkəti Birləşmiş Ərəb Əmirliklərinə findıq ixrac edəcək. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Dubayın Beynəlxalq Ticarət Mərkəzində keçirilən "Gulfood 2018" Beynəlxalq Ərzaq Sərgisində Azərbaycanın "Azhazelnut" şirkəti ilə Birləşmiş Ərəb Əmirliklərindən olan şirkət arasında 40 ton fındıq ləpəsinin ixracına dair müqavilə imzalanıb. Bundan başqa, Azərbaycanın süd və şirniyyat məhsullarının Səudiyyə Ərəbistanı, Tunis və Birləşmiş Ərəb Əmirliklərində distributorluğunun açılması məqsədilə xarici şirkətlərin təklifləri müzakirə olunur. "Gulfood 2018" Beynəlxalq Ərzaq Sərgisində "Made in Azerbaijan" vahid ölkə stendi ilə nümayiş olunan Azərbaycan məhsulları ziyarətçilər, potensial müştərilər tərəfindən maraqla qarşılanır.

Bu xəbər oxundu
- - -