Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Suriya üzrə məxfi plan hazırlanır

22.02.18, 11:35
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Türkiyə istədiyini əldə edəcək
Rusiya və Amerika Suriya üzrə böyük planın əsas bəndlərini qəti şəkildə müəyyən etməyə hazırlaşır. Vitali Naumkin – Rusiyanın bütün Yaxın Şərq strategiyası və Suriya kürdlərinə dair siyasətinin baş memarı - Afrin, Fəratın şərqi və Deyr-əz-Zor daxil olmaqla üç mərhələni müzakirə məqsədilə fevralın 27-də Vaşinqtona səfər edəcək. Amerikanın diplomatik elitasının yetişdirildiyi Corctaun universitetinin Diplomatik Xidmət Məktəbinin təşkil edəcəyi ziyafət axşamına ancaq dəvətlilər qatıla biləcək, barəsində danışılanların hamısı isə “protokoldankənar” (off the record) qalacaq.
Türkiyəni gözləyirdilər
“Strateq” “Habertürk”ün Vaşinqton təmsilçisinə istinadən yazır ki, qəbul ayın 27-də 18.45-də Corctaun universitetinin Məzunlar Evində (Alumni House) baş tutacaq. Vitali Naumkin öz çıxışına 19.00-da başlayacaq və 20.30-da şam yeməyi bitəcək. Rusların əmin olduğu kimi, əslində, Amerikada müsbət rəy tapacaq sazişin ümumi cizgiləri Naumkinin iştirakıyla hələ noyabrda Vaşinqtonda müzakirə olunmalıydı. Lakin Moskva təxmin edirdi ki, bu sazişi o zaman müzakirə etmək tez idi və Türkiyənin baxış nöqtəsini gözə almaqla bu səfəri təxirə salıb. Ruslar hazırda isə bu böyük planı daha güclü mövqelərdən müzakirə edəcəklər.
Rusiya ilə əvvəldən şərtləşdirilən “Zeytun budağı” əməliyyatı müəyyən mərhələyə çatandan sonra Putin qərara gəlib ki, böyük oyunu Vaşinqtonun diplomatik elitasıyla ümumi şəkildə cızmağın vaxtı çatıb və Naumkini Amerika paytaxtına göndərib. Habelə gözlənilir ki, Naumkinin çıxışından sonra Tramp və Putin Suriyanın gələcəyi haqda sürəkli telefon danışıqları aparacaqlar.
Böyük oyun
Rusiyanın strateji gedişlərini diqqətlə izləyən Amerika ekspertlərinin fikrincə, Naumkinn “Suriyada sülh üçün imkanlar: Rusiyanın maraqları və rolu” mövzusunda öz çıxışında müzakirəyə çıxardacağı və eləcə də müəyyən dövrün gedişi ərzində Amerika administrasiyasının uyğun strukturlarıyla barəsində danışdığı plan sıradakı əsas bəndlərdən ibarətdir:
1. Amerikanın fikrincə, Rusiya “Zeytun budağı” əməliyyatı başlanana qədər Türkiyə ilə danışıqlar apararaq bilirdi ki, Türkiyə sərhədlərinin güvənliyinin təminatı üçün Afrin şəhərinə girmək vacib deyil. Rusiya üçün Türkiyənin bu təhlükəni üzə çıxardacaq hərbi uğurlar sərgiləməyi önəmliydi. Çünki Rusiyanın son məqsədi bölgədə Suriya ilə kürdlər arasında uzlaşmanı təmin etmək idi.
2. Amerika Rusiya ilə keçirilən bütün danışıqlarda zərurəti ifadə edib: Xalq Özünümüdafiə Dəstələrinin (YPG) Afrindən çıxması tələb olunursa, onlar Fəratdan şərqə Mənbicdən keçməlidirlər. Lakin Rusiya kəşfiyyatının bütün bölmələrindən Naumkinə qədər gizli şəkildə Vaşinqtona gələn yüksək çinli şəxslər Putini inandırıblar ki, onda YPG tamamilə Amerikanın nəzarətində qalacaq və buna yol vermək olmaz.
3. Rusiya sanır ki, Afrində yanaşı yaşamaq modeli və Suriya ilə kürdlər arasında uzlaşma yaratmaq, həmçinin bu modelin Türkiyəni təhdid etmədiyini göstərmək mümkün olsa, onda bu model həm də Fəratdan şərqə sarı da nümunə ola bilər. Bununla yanaşı, Amerika qəbul edilməsi mümkünsüz görünən müstəqillikdən savayı Fəratdan şərqə dair hər hansı plan yarada bilməyib və diqqətini yalnız İŞİD-lə mübarizəyə cəmləyib. Kürdlərlə uzlaşma əldə ediləcəyi halda Fəratdan şərqə dair Rusiya planında “Şimali İraq modeli” prinsipi üzrə mərkəzə tabe muxtar struktur yaradılması təklif olunur.
4. Deyr-əz-Zor isə bütün bu mərhələlərdən sonra müzakirə olunacaq. Rusiya hesab edir ki, Suriya və kürdlər energetika bölgələrini birgə yönəltməli və iki tərəfin tələbatının təminatı istiqamətində enerji resurslarını bölməlidir.
5. Mədəni və inzibati muxtariyyətə qədər gedib çıxa biləcək bu modeldə habelə kürd hərbi döyüşçülərinin Suriya ordusuyla əməkdaşlığı nəzərdə tutulur. Məsələn, Suriya hərbçiləri Fəratdan şərqdə Türkiyə sərhədinin güvənliyi təminatını öz üzərinə götürə bilər.

Bu, baş verərsə…
Güman edilir ki, Suriyada İŞİDsonrası dövr üçün hər hansı dəqiq planı olmayan Amerika Rusiyanın hazırladığı bu modeli qəbul edəcək. O bu biçimdə həyata keçirilsə, onda nəticələri sıradakı kimi ümumiləşdirmək olar:
– Suriyanın bütövlüyünü müdafiə edən və ölkə şimalında terror dəhlizi arzulamayan Türkiyə istədiyini əldə edəcək. Afrin bölgəsinin qərbindən başlayaraq İraq sərhədinə qədər onun güney sərhədlərinin güvənliyinə zəmanət veriləcək.
– Amerikanın hazırladığı müstəqil Kürdüstan layihəsi təxirə salınacaq.
– Türkiyənin artıq əməkdaşlıq etdiyi Rusiya bölgədə daha önəmli oyunçuya çevriləcək. YPG-ni İrana bağlı döyüşçülərlə toqquşdurmaq arzusunda olan Amerikanın planları da sonraya saxlanacaq.
– Nəzərdə tutulur ki, proses düzgün yönəldilsə, gələcəkdə bölgəyə çoxdan gözlənilən sülh gətirmək mümkün olacaq, lakin bu ehtimala da yol verilir ki, kürdlərlə Suriya arasında münasibətlər yenidən pisləşə bilər. Əlbəttə, Vaşinqtonda hakimiyyət qurumları arasında ikitirəlik hökm sürür. İstisna olunmur ki, ən azı, uyğun instansiyalardan biri bu plana narazılığını eşitdirə bilər.

Bu xəbər oxundu
- - -