Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Xocalı faciəsi: səbəbləri, nəticələri və dərsləri” mövzusunda konfrans

23.02.18, 13:38
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

AMEA-nın Naxçıvan Bölməsində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan “Xocalı faciəsi: səbəbləri, nəticələri və dərsləri” mövzusunda elmi konfrans keçirilib. Əvvəlcə faciə zamanı vəhşicəsinə qətlə yetirilən insanların və Xocalı şəhərinin müdafiəsində şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni cəlladları tərəfindən törədilən Xocalı soyqırımının dünya tarixində misli görünməmiş bir faciə olduğunu bildirib. Akademik faciənin səbəblərindən və bu tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ümummilli lider Heydər Əliyevin, eyni zamanda ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi tədbirlərdən danışıb. Akademik, həmçinin Heydər Əliyev Fondunun həyata keçirdiyi “Xocalıya ədalət!” kampaniyası, eləcə də digər həyata keçirilən sistemli və ardıcıl tədbirlərdən də bəhs edib.
Tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Yaşar Rəhimov “Xocalı faciəsinə gedən yol”, həmin institutun şöbə müdirləri, tarix üzrə fəlsəfə doktoru, dosentlər - Emin Şıxəliyev “Xocalı faciəsi azərbaycanlılara qarşı törədilən soyqırımların tərkib hissəsi kimi”, Zeynəb Quliyeva “Xocalı faciəsinin azərbaycanlıların milli şüuruna təsiri, nəticə və dərsləri” və filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Xocalı faciəsi bədii ədəbiyyatda” mövzusunda elmi məruzələrlə çıxış ediblər. Bildirilib ki, 1992-ci ilin 26 fevral tarixində Xocalıda 1275 sakin əsir və girov götürülüb, 63-ü körpə, 70-i ahıl, 106-sı qadın olmaqla 613 nəfər qətlə yetirilib. Konfransda Xocalı soyqırımını əks etdirən kitab sərgisi də nümayiş olunub.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)