Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Böyükağa Hacıyev başqa xəstəxanaya köçürülüb

26.02.18, 13:01
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Srağagün gecə saatlarında atamın vəziyyəti daha da ağırlaşdı. Həkimlər elə fikirləşdilər ki, ikinci dəfə infarkt keçirib”. Bu sözləri apasport.az saytına açıqlamasında Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin oğlu Rüstəm Hacıyev deyib. Fevralın 7-də infarkt keçirən və Mərkəzi Klinik Xəstəxanada ürəyindən əməliyyat olunan “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyev başqa xəstəxanaya köçürülüb. “Ağ-qaralar”ı Avropa Liqasının qrup mərhələsinə çıxararaq, Azərbaycan futbolunda ilkə imza atmış mütəxəssisin fevralın 25-də halı daha da pisləşib. Nəticədə yaxınları Hacıyevi “Medical Plaza”ya köçürmək məcburiyyətində qalıblar.
Atasının durumu haqda danışan Rüstəm bunları əlavə edib: “Modern Hospital”da Kardioloji Mərkəz olmadığına görə atamı dərhal Mərkəzi Klinik Xəstəxanaya apardıq. Lakin orda yer olmadı. Axırda atamı “Medical Plaza”ya yerləşdirdik. Həkimlər onun ikinci dəfə infarkt keçirib-keçirmədiyini bilmək üçün dərhal analizlər götürdülər. Xoşbəxtlikdən, analizin nəticələri yaxşı çıxdı. Məlum oldu ki, atam ikinci dəfə infarkt keçirməyib. Hazırda reanimasiyadadı. Palataya keçirmək mümkün deyil. Çünki səhhəti anidən daha da ağırlaşa bilər. Buna görə də, həkimlər reanimasiya şəraitində qalmasını məsləhət görürlər”. Böyükağa Hacıyevin reanimasiya şəraitində nə qədər qalacağı bilinmir: “Dünən yanına girmişdim. Adamı birdən tanıyır, birdən yox. Çətinliklə danışır, arada yemək yedizdirirlər. Reanimasiyada nə qədər qalacağı bilinmir. Vəziyyətə uyğun hərəkət ediləcək”.

Bu xəbər oxundu
- - -