Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

ABŞ Rusiyanı geridə qoyub

27.02.18, 11:35
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 


“Navy Times” qəzetinin məlumatına görə, “Cerald Ford” tipindən olan ilk aviadaşıyan, bu tipdən daha üç aviadaşıyan istehsalının reallaşdırılmasının yalnız birinci mərhələsidir. Çin KİV-lərinin məlumatına görə, proqramın toplam dəyəri 42 milyard dollar təşkil edir. Bu aviadaşıyan ABŞ Hərbi Dəniz Qüvvələri sırasına rəsmi surətdə qəbul olunduqdan sonra, ABŞ donanmasında olan atom aviadaşıyanlarının sayı 11 gəmiyə çatıb, gələcəkdə isə 12-ci aviadaşıyanın suya endirilməsi planlaşdırılır. Hazırda ABŞ HDQ-nin döyüş cərgəsində 282 hərbi gəmi var və 2020-ci ildə bunun 308-ə qədər artırılacağı planlaşdırılır.
ABŞ özünün bütün gücünü aviadaşıyanların tikintisinə yönəltdiyi bir vaxtda, dünyanın ikinci ən böyük dövləti olan Rusiya bu məsələdə çox geridə qalıb. Rusiya HDQ–si isə, yeganə aviadaşıyanı olan “Admiral Kuznetsov”u Suriyadan geri çağıraraq, onun təmirinə və modernləşdirilməsinə başlayıb. İlkin məlumatlara əsasən, modernləşdirmənin tam başa çatması üçün iki il yarım vaxt lazımdır, yəni bu aviadaşıyan yeni döyüş tapşırıqlarının yerinə yetirilməsinə yalnız 2020-ci ildə hazır olacaq. Bu isə o deməkdir ki, uzun müddət ərzində Rusiyanın ixtiyarında heç bir aviadaşıyan olmayacaq. Amma etiraf etmək lazımdır ki, bu “üzən təknə”nin yoxluğu Suriyadakı vəziyyətə heç bir təsir göstərməyəcək. Belə ki, Rusiya aviadaşıyanı Amerikan aviadaşıyanları ilə müqayisəyə gələ bilməz.
İndi Rusiya HDQ-i nüvə sualtı qayıqlarından başqa ABŞ donanmasına qarşı heç nə ilə cavab vermək gücündə deyil. Ona görə də, Rusiya özünün sovet dövründən qalmış “Şkval” sürətli sualtı raketiylə ABŞ hərbi gəmiləri üçün qorxu effekti yaratmağa ümid bəsləyir. Bu torpedo suyun müqavimətini aşağa salmağa imkan verən buxar köpükləri hesabına yüksək sürət ala bilər. Rusiyanın sualtı torpedosu öz sürətini saatda 200 uzla, yəni saatda 370 kilometrə çatdırmaq gücündədir. Bu torpedonun çatışmayan cəhəti isə, onun gediş məsafəsinin qısa olmasıdır – maksimal məsafə 13 kilometrdir. Hazırda “Elektropribor” konstruktor bürosu sürətli torpedoların ”Xişnik” (Yırtıcı) adlandırılan yeni nəsli üzərində iş aparır.
Əgər torpedonun bu yeni tipi ilə döyüş cərgəsində olan “Şkval” torpedosunu müqayisə etsək, onda onun bir sıra üstünlüklərini qeyd etmək olar. Birincisi - torpedonun manevr etmək imkanları yaranacaq. İkincisi – bu torpedo az səs-küy və titrəmə yaradacaq. Üçüncüsü – torpedonun hərəkət radiusu artacaq. Onu da qeyd etmək gərəkdir ki, hətta Rusiya və Çinin birləşmiş gücləri ABŞ Hərbi Dəniz Donanmasının gücü ilə müqayisəyə gələ bilməz.

Bu xəbər oxundu
- - -