Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Səudiyyə Ərəbistanında generallar istefaya göndərildi

27.02.18, 11:37
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Səudiyyə Ərəbistanında Baş Qərargah rəisi daxil olmaqla yüksək rütbəli hərbçilər istefaya göndərilib. Türkiyə mediası xəbər verir ki, Kral Salman bin Əbdüləziz əs-Səud gecə saatlarında bununla bağlı sərəncamlar imzalayıb. Sərəncama əsasən Baş Qərargah rəisi general Abdurrahman bin Salih el-Bunyan və Hava Qüvvələrinin komandiri Muhamməd bin Avad Suhaymı təqaüdə göndərilib. Kral Salman, həmçinin quru qoşunları və hava hücumundan müdafiə qoşunları komandanlarını da istefaya göndərib.
İstefalar barədə məlumat Saudi Press Agentliyi (SPA) tərəfindən yayılıb, lakin yüksək rütbəli hərbçilərin hansı səbəbdən istefaya göndərilməsi açıqlanmayıb. İstefalar Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Yəməndə keçirdiyi əməliyyatların üçüncü ilin sonlarında baş verib. Müdafiə naziri, şahzadə Məhəmməd bin Salmanın bu istefaların arxasında olduğu bildirilir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Baş Pasport İdarəsi hava limanları və sərhəddə işləyəcək qadın əsgərlərin müraciəti üçün elan verib.

Bu xəbər oxundu
- - -