Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Suriyanı Amerika və Rusiya qarışdırıb

28.02.18, 9:40
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Suriyada baş verən hadisələr bilavasitə bu ölkənin daxili işi deyil, dünyada müşahidə olunan geosiyasi qarşıdurmanın təzahürüdür. Bu qarşıdurmanın tərəfləri Amerika və Rusiyadır və daha çox günah ABŞ-dadır. Rusiya çox istəyirdi ki, böyük və təhlükəli konfliktlərdən uzaqlaşsın, daxili problemlərlə məşğul olsun. Ancaq Suriya münaqişəsi Rusiya üçün həssas nöqtə oldu və Rusiyanı bu konfliktə qatdılar. Açıq görünür ki, Putin bu məsələni tez həll etmək və Rusiyanı bu prosesdən çıxarmağa çalışır. Ancaq problem mürəkkəbdir və rus əsgərləri Suriyadadır.
Bunu Rusiyanın Suriya siyasəti və məqsədlərini şərh edən politoloq Rasim Ağayev deyib.
O, qeyd edib ki, Əfqanıstan müharibəsindən sonra Rusiya üçün yeni və uzunmüddətli hərbi konflikt Suriya olub:
“Vaxtilə ABŞ SSRİ-ni Əfqanıstanda dolaşdırdı. İndi də Rusiya üçün yeni Əfqanıstan tapılıb və bunun adı Suriyadır. Siyasi baxımdan əsas məsələ budur.
Ancaq digər amillər də var. Əsas amillərdən biri də neftdir. Yəni söhbət təkcə Suriyadan getmir. Əsas məsələ Yaxın Şərqin neftinə kimin nəzarət edəcəyidir. Üstəlik dünya bazarında neft məsələsi gərginləşir. Vaxtilə 25-30 il müddətinə Yaxın Şərqdəki ərəb ölkələri SSRİ-yə arxalanaraq, öz müstəqilliyini möhkəmləndirdi və faktiki olaraq öz neftnin sahibi ola bildi. İndi bu aradan götürülür. Neft kimin əlinə düşəcək? Təbii ki, ABŞ, Rusiya və Avropanın əlinə. Əslində Rusiyaya neft lazım deyil. Neft əsasən, ABŞ və Avropaya lazımdır. İndi bu vəziyyətdən Rusiyanın necə çıxacağı sualı açıq qalıb. Hələlik bu xəmir çox su aparacaq”.
Politoloq əlavə edib ki, vaxtilə SSRİ Əfqanıstanda müharibəyə başladı və nəticədə Sovet İttifaqının kitabı bağlandı:
“İndi isə onu Suriya prosesi əvəz edir. Şəxsi qənaətimə görə, Əfqanıstan münaqişəsi dövrü ilə müqayisədə indi Kreml daha etibarlı əldədir. Putin bu münaqişədən çıxmaq üçün yollar axtarır və fikrimcə, buna nail olacaq. Yox, əgər bunu edə bilməsə, Rusiyanın sonu görünəcək. Yəni həm siyasi, həm də iqtisadi baxımdan onun vəziyyəti çətinləşəcək. Çünki Rusiya bir tərəfdən Suriyada hərbi fəaliyyətə cəlb edilib, digər tərəfdən isə ABŞ tərəfindən ciddi iqtisadi sanksiyalara məruz qalıb. Müharibədən sonra Harri Trumen SSRİ-ni izolyasiya etdi. Həmin illər Sovet İttifaqının ağır dövrləri oldu. Amma nəzərə almaq lazımdır ki, SSRİ-nin imkanları indiki Rusiyanın imkanlarından daha geniş idi. Sonradan ABŞ və Avropa gördü ki, dünyanın problemlərini SSRİ olmadan həll etmək olmur. İndi Putinin Suriya münaqişəsindən necə çıxacağı böyük problem kimi görünür”.
Rasim Ağayev qeyd edib ki, hazırda ABŞ-ın sanksiyaları Rusiyaya ciddi təsir edir. Onun sözlərinə görə, bu sanksiyaların əks-sədası həm də Avropada eşidilir:
“Avropa da pis vəziyyətə düşür. Çünki Avropa Rusiyanın imkanlarından istifadə edirdi. Rusiyanın nefti Avropaya satılır, Rusiya Avropa üçün böyük bazar mənasına gəlirdi. İqtisadi baxımdan Rusiya Avropa üçün böyük əhəmiyyət daşıyırdı. Ancaq indi Avropa məcburdur ki, Donald Trampın komandası ilə oturub-dursun. Eyni zamanda Avropa liderləri həm də görürlər ki, Trampla ümumdünya problemlərini həll etmək olmaz. Tramp belə çaplı şəxsiyyət deyil. Əksinə, sonda hamını zibilə salacaq. Amerika uzaqdadır və imkanları genişdir. Avropa isə Rusiyanın yaxınlığındadır. Üstəlik nəzərə almaq lazımdır ki, avropalı xalqlar rus xalqı deyil. Rus xalqı çörək, kolbasa, araq, kartofla başını dolandıra bilir. Rus xalqı üçün 1960-1970-ci illər bir qədər xoşbəxt illər olub. Bunu çıxmaq şərti ilə orada daima aclıq olub. Elə aclıq olduğuna görə Qafqaza və digər yerlərə qədər gediblər. Yəni çörək dalınca başqa yerlərə hücum ediblər. Rus xalqının aclığa dözümlülük həddi ilə Avropanın həddi eyni deyil. İndiki sanksiyaların təsir dairəsi ilə SSRİ vaxtı tətbiq edilən sanksiyaların təsir dairəsi də fərqlidir. Nəzərə almaq lazımdır ki, SSRİ zamanı iqtisadiyyat dövlətin əlində idi və sanksiyalar bilavasitə dövlət iqtisadiyyatına zərbə vururdu. İndi Rusiyaya qarşı tətbiq edilən sanksiyalar isə əsasən, fərdi sahibkarlara, kampaniyalara və biznesmenlərə zərbə vurur. Rusiyanın indiki vəziyyəti SSRİ-nin vəziyyətindən daha ağır ola bilər. Mən özüm son dövrlər Rusiyada olmuşam. Amma ağırlığı yaşamaq üçün orada olmaq yox, yaşamaq lazımdır”.
Politoloq əlavə edib ki, hazırda rus xalqı daxilində narazılıq həddən artıq çoxdur:
“Bu, normaldır. Çünki indi hər kəs danışmaq və narazılığını ifadə etmək imkanına malikdir. Amma Rusiya hakimiyyəti çox güclüdür. Camaatın Putinə inamı böyükdür. Bu, seçkilərdə özünü açıq büruzə verəcək. Putin də inkişaf edən müasir siyasi xadimdir”.

Bu xəbər oxundu
- - -