Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Rusiya yalana son verməlidir

28.02.18, 13:46
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Qriqori Yavlinski: “Dünyaya düşmən kimi baxmağı dayandırmaq lazımdır”

Özünü böyük güc kimi aparmaq üçün böyük güc olmaq lazımdır.
Bu sözləri Rusiya prezidentliyinə namizəd Qriqori Yavlinski “Birinci kanalda” keçirilən debat zamanı söyləyib.
“Rusiyanın hazırda dünyanın ümumdaxili məhsulunda payı 2%-dir. Bu şəraitdə o heç bir güclü xarici siyasət apara bilməz. Xarici siyasət incəsənətdir. Son illərdə Rusiya digər ölkələrə 160 milyard dollarlıq borcu bağışlayıb. Bu, 9 trilyon rubl deməkdir. Ümumi hərbi büdcəmiz isə 3 trilyon rubldur”, - o bildirib.
Yavlinski qeyd edib ki, bugünkü xarici siyasət sanksiyalara səbəb olub:
“Dünyanın istənilən ölkəsi Rusiyanı sanksiyalar hədəfi kimi istifadə edə bilər. Əslində isə ölkənin Albaniya, Latviya, Litva kimi balaca ölkələrin istənilən anda sanksiya tətbiq edə biləcəyi hala gətirilməsi xarici siyasətin süqutudur. Bundan çıxış yolu gələcək prezidentin əsas vəzifəsidir”.
Onun sözlərinə görə, Rusiya ordularını Donbas və Suriyadan çıxartmalıdır:
“Xarici siyasətimizin Rusiya vətəndaşlarının rifahı üçün çalışması naminə bunları etmək lazımdır: Donbasda savaşı dayandırmaq, Krımın statusunu həll etmək, Suriyadan ordunu çıxartmaq, Rusiyanı beynəlxalq təcriddən xilas etmək, qonşularla və hər kəsdən öncə Ukrayna ilə sülhə nail olmaq, Avropa və dünya ilə qarşılıqlı fayda verəcək ticarət və iqtisadi əlaqələr qurmaq, üzərinə götürülən beynəlxalq öhdəliklərə ciddi şəkildə əməl etmək, öz xarici siyasətimiz və xarici siyasətimizdəki vəziyyət haqqında yalan danışmağı və dünyaya düşmən kimi baxmağı dayandırmaq lazımdır. Bu bizim ölkə üçün həyati əhəmiyyətlidir. Bugünkü siyasət təəssüf ki, Rusiyanı arxasında parçalanmanın olduğu təhlükəli sərhədə aparır”.

Bu xəbər oxundu
- - -