Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Putinin nitqi dünyanı şoka saldı

02.03.18, 8:10
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ötən gün Rusiya Prezidenti Vladimir Putinin Federal Şuranın toplantısında çıxışı və ordan Qərbə verdiyi mesajlar şok effekti yaradıb.
İclasda yeni raket kompleksləri, qanadlı raketlər üçün nüvə təchizatı, döyüş lazer kompleksləri və s. yeni nəsil silahlar haqda danışan Putinin ritorikası hamı üçün gözlənilməz olub. Bu çıxışın ardınca Avropa və ABŞ mətbuatında Rusiyanın Qərbi təhdid etməsi ilə bağlı manşetlər verilib, çıxış bütün dünya mediasının gündəminə çevrilib.
“Vaşinqton Post” Putinin nitqində “Soyuq müharibə” dövrünə işarələr olduğunu və bununla Rusiyanın Qərb və onun müttəfiqlərinə qarşı mövqeyini gücləndirməyə cəhd etdiyini yazıb. Yazıda həmçinin Putinin son dərəcə müasir silahın varlığı barədə çıxışı bir çox hərbi ekspertlər üçün də gözlənilməz olduğu vurğulanıb.
Britaniyanın “Qardian” qezetində isə “Vladimir Putin yeni silahı elan edərək ABŞ-ı silahlanma yarışında təhdid etdi” başlıqlı məqalə dərc olunub.
Qərbdə Putinin nitqindən ən çox məşhurlaşan ifadə isə “O vaxt bizə qulaq asmadınız. İndi bizə qulaq asın” olub.
Britaniyanın daha bir nəşri “Deyli Ekspress” Rusiya prezidentinin ölkənin nüvə silahlarını yüksək qiymətləndirdiyini və belə bir silahın əldə edilməsi ilə öyündüyü yazıb.
Almaniyanın nüfuzlu “Velt” telekanalında isə Putinin Federal Məclisdə çıxışı zamanı dedikləri “illuziya və səmadakı qəsrlər” kimi təqdim edilib. İqtisadiyyatı inkişaf etdirmək üçün Rusiya hökumətində radikal dəyişikliklərə gedilməli olduğu bildirilib.
Britaniya nəşrinin analitikləri bəzi Qərb media orqanlarının reaksiyasına baxmayaraq, Rusiya iqtisadiyyatının əvvəlki dövrlərdən daha güclü və daha sabit vəziyyətə olduğunu qeyd edib.
Vladimir Putinin çıxışı “Biznes İnsayder” beynəlxalq xəbər portalının da diqqətindən yayınmayıb. Nəşrin analitiklərinin fikrincə, Putinin çıxışından sonra Ağ Evdə hər kəs Rusiyanın ən müasir silahlara sahib olduğuna inanıb.
BBC-nin Rusiya xidməti Putinin mesaj mətninin hər il təxminən bərabər hissələrə bölündüyünü (infrastruktur, insan kapitalı, korrupsiya, beynəlxalq gündəm) xatırladaraq, “Ancaq bu dəfə nisbətlər çox dəyişdi” yazıb. Bununla da Putinin çıxışında ABŞ-la qarşıdurma mövzusuna yer verdiyi vurğulanıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin energetik nüvə qurğusu olan yeni qanadlı raket yaratdıqlarını və uğurla sınaqdan keçirildiyini açıqlamışdı.

Bu xəbər oxundu
- - -