Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

62 əcnəbi deputat Bakıya futbol yarışına gəlir

02.03.18, 8:19
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Gələn həftə Bakı tarixində ilk dəfə olaraq 5 ölkənin deputatları arasında beynəlxalq futbol turniri keçiriləcək.
Martın 9-11-i arasında gerçəkləşəcək futbol yarışı Azərbaycan Parlamentinin yaradılmasının 100 illiyə həsr olunub.
Turnir Milli Məclisinin Gənclər və idman komitəsinin təşəbbüsü və Milli Məclisin dəstəyi ilə həyata keçiriləcək.
Bu barədə Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov məlumat verib.
O xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ili “Cümhuriyyət ili” elan edib.
“Ölkə başçısı bununla bağlı xüsusi sənəd imzalayıb. Müstəqil Azərbaycanın 100 illiyini qeyd etmək bizim nəslin qismətinə düşüb.
Biz də Prezidentimizin bu çağırışlarına qoşularaq, 5 ölkədən deputat dəvət etmişik.
Bir daha qeyd etmək istəyirəm ki, idman və siyasətin vəhdəti olan bu futbol turniri həm ölkəmizin, həm də Milli Məclisin tarixində baş tutan ilk beynəlxalq Parlament idman tədbiri olacaq.
Beynəlxalq əhəmiyyətli bu tədbir Azərbaycan Milli Məclisinin, Türkiyənin idman və gənclər naziri başda olmaqla Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının Gənclər Siyasətinin İdman və Turizm Komitəsinin sədri başda olmaqla Ukrayna Ali Radasının, Polşa Seyminin Fiziki Mədəniyyət, İdman və Turizm Komitəsinin sədri başda olmaqla Polşa Seyminin və Latviya Seyminin Parlament komandalarının iştirakı ilə keçiriləcək.
Turnirdə adlarını çəkdiyim ölkələrdən 82 nəfərin iştirakı nəzərdə tutulur. Onlardan 62 nəfər millət vəkili, digərləri isə keçmiş millət vəkilləri və Parlament aparatlarının əməkdaşlarıdırlar”.
F.Muradov bildirib bu turnir həm də parlamentarilər arasında sağlam həyat tərzinin təbliği baxımından böyük əhəmiyyətə malikdir:

“Azərbaycanın həm də böyük idman ölkəsi olduğuni əyani şəkildə qonaqların diqqətinə çatdıracağıq. Ulu öndər zaman-zaman vurğulamışdı ki, biz idman vasitəsilə özümüzü, ölkəmizi, gerçəkliklərimizi, potensialımızı dünyaya təbliğ edə bilərik.
Azərbaycan Prezidentinin ölkəmizdə idmana qayğı və diqqəti nəticəsində biz bütün sahələrdə olduğu kimi, idmanda da dünya səviyyəsində sözümüzü deyirik.
Birinci Avropa Oyuynları, İslam Həmrəyliyi Oyunları bu baxımdan xüsusilə əhəmiyyətli oldu. Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu möhtəşəm beynəlxalq idman yarışlarının təşkilatçılığına rəhbərlik etməsi öz nəticəsini verdi. Bu, dünya idman ictimaiyyətinin qəbul etdiyi, etiraf etdiyi məsələdir.
Ona görə də biz deputatlar da qərara aldıq ki, bu çağırışlara cavab verə biləcək bir addım ataq”.

Bu xəbər oxundu
- - -