Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

BAXCP sədri Narkoloji Mərkəzdə baş vermiş yanğında həyatını itirənlərin doğmalarına başsağlığı verib

02.03.18, 12:49
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda baş vermiş yanğın nəticəsində çoxsaylı insan itkisindən kədərləndiyini bildirib. BAXCP sədrinin müraciətində deyilir: “Baş vermiş faciənin çoxsaylı insan ölümünə səbəb olması məni dərindən kədərləndirdi. Yanğın zamanı həyatını itirənlərin dogmalarinin kədərinə şərik olur, dərin hüznlə başsağlığı verirəm. Yaralılara və xəsarət alanlara Allahdan şəfa diləyirəm. Umud edirəm yanğının səbəbləri ciddi şəkildə araşdırılacaq, günahkarlar layiqli cəzalarını alacaqlar”.

Bu xəbər oxundu
- - -