Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Rusiya XİN Azərbaycana səfir təyinatının gecikməsinə aydınlıq gətirib

02.03.18, 15:14
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Rusiya Federasiyasının səfirlərini Rusiya prezidenti təyin edir. Səfirlərin təyinatı ilə bağlı müvafiq sərəncamlar prezident administrasiyasının saytında yerləşdirilir".
Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyanın Azərbaycana səfir təyin etməsinin gecikməsi ilə bağlı suala cavabında bildirib.
"Deyə bilərəm ki, Rusiya və Azərbaycan arasında əlaqələr inkişaf edir. Bakıdakı səfirliyimiz fəaliyyət göstərir, Moskvadakı azərbaycanlı həmkarlarımızla əlaqələri dəstəkləyir. Səfirlərin rotasiyası təbii prosesdir. Bir daha deyirəm ki, bu, bizim azərbaycanlı həmkarlarımızla əlaqələrimizə təsir etmir", - deyə M. Zaxarova söyləyib.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)