Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

AVCİYA növbəti seçki tədbirlərini Qarabağ regionunda keçirdi

05.03.18, 11:49
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahı Prezident seçkisi ilə əlaqədar növbəti seminarları Bərdə, Ağdam, Tərtər və Goranboy rayonlarının seçki fəalları ilə keçirib.

AVCİYA-nın Seçki Qərargahının Mətbuat Xidmətindən “Xalq Cəbhəsi”nə verilən məlumata görə, Qərargahın rəhbəri dosent Məhərrəm Zülfüqarlı tədbir iştirakçılarını AVCİYA Seçki Qərargahının Fəaliyyət Proqramı ilə tanış edib, seçki öncəsi ictimai-siyasi vəziyyət barədə məlumat verib. Daha sonra o, Prezident seçkilərinin monitorinqini həyata keçirəcək müşahidəçilərə təlimlər keçib. Tədbirlərdə həmçinin AVCİYA Seçki Qərargahının üzvləri, AVCİYA Bərdə Regional ofisinin rəhbərliyi və rayon kordinatorları iştirak ediblər. AVCİYA Seçki Qərargahı növbəti seminarları Zaqatala, Balakən, Qax və Şəki rayonlarının müşahidəçi və seçki fəalları üçün keçirəcək.

Bu xəbər oxundu
- - -