Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

ABŞ-ın aviadaşıyıcısı 40 ildən sonra Vyetnama gəlib

06.03.18, 10:16
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rusiya KİV-nin verdiyi xəbərə görə, Rusiya Elmlər Akademiyası (REA) Şəqşünaslıq İnstitutunun Cənub-Şərqi Asiya, Avstraliya və Okeaniya Mərkəzinin müdiri Dmitri Mosyakov hesab edir ki, ötən 40 ildə ilk dəfə Amerika Birləşmiş Ştatlarına (ABŞ) məxsus aviadaşıyıcının Vyetnama səfər etməsi Cənubi Çin dənizində vəziyyətin gərginləşməsinə yönəlib. Onun fikrincə, Pekin amerikalıların belə güc nümayiş etdirməsini diqqətən kənarda qoymayacaq.
Xəbər verildiyi kimi, ABŞ hərbi-dəniz qüvvələrinə (HDQ) məxsus «Karl Vinson» aviadaşıyıcısı bazər ertəsi Vyetnamın Dananq limanına daxil olub. Bu, iki ölkə arasındakı müharibə başa çatdıqdan (1975) sonrakı dövrdə ABŞ aviadaşıyıcısının Vyetnama ilk gəlişidir. «Lake Champlain» raket kreyserinin və «WayneE» minadaşıyıcısının müşayiət etdiyi «Karl Vinson»un Vyetnamın mərkəzi limanında 5 gün qalacağı gözlənilir.
Yerli KİV-in qeyd etdiyi kimi, Vyetnam müharibəsindən sonrakı dövrdə bu, ABŞ hərbçilərinin Vyetnamda ən miqyaslı iştirakıdır. Belə ki, təkcə aviadaşıyıcıda 5 min nəfər ekipaj üzvü var. Aviadaşıyıcının Vyetnama səfəri barədə razılaşma Pertaqonun başçısı Ceyms Mettisin yanvar ayında bu ölkəyə səfəri zamanı əldə olunub. Həmin səfər zamanı Mettis Vyetnamın müdafiə naziri Nqo Suan Litlə görüşüb.
Mosyakovun sözlərinə görə, ABŞ aviadaşıyıcısının Vyetnama bu səfəri «heç bir pozitiv» vəd etmir. «Bu hadisə, daha çox Cənubi Çin dənizində vəziyyətin gərginləşməsinə istiqamətlənib, nəinki problemin həllinə. Bu, bir tərəfdən Vyetnamda ABŞ bayrağının nümayişidir, digər tərəfdən isə ABŞ-la Vyetnamın yaxınlaşmasına bir işarədir. Əlbəttə bu, Çinin cavab reaksiyasını doğurmaya bilməz və əhəmiyyətli dərəcədə nümayişkaranə addımdır. Həm də xoş məramlı deyil – Cənubi Çin dənizi ətrafındakı münaqişəni doğuran səbəblərin dövriyyədə şaxlanması prosesinin göstəricisidir» – deyə, ekspert qeyd edib.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)