Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycan və Çin: elm, təhsil sahəsində qadınların rolu

06.03.18, 10:33
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Martın 6-da Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Beynəlxalq Qadınlar Günü münasibətilə “Azərbaycan və Çin: elm və təhsil sahəsində qadınların rolu” mövzusunda tələbə elmi seminarı keçirilib. ADU-dan bildiriblər ki, Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov xanımları bayram münasibətilə təbrik edib, davamlı inkişafın təmin edilməsində gender bərabərliyinin vacib rolu olduğunu vurğulayıb, Azərbaycan təhsilinin, elminin və innovasiyalarının inkişafında qadınların fəal iştirakından söz açıb.
R.Abbasov ulu öndər Heydər Əliyevin “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanını xatırladıb və bu sənədi qadınlara verilən böyük dəyər kimi qiymətləndirib. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şərqşünaslıq İnstitutunun əməkdaşı Xuraman Əliyeva şərqşünaslıq sahəsində ilk qadın elmlər doktoru, görkəmli alim Aida İmanquliyevanın həyat və fəaliyyətindən bəhs edib. AMEA Şərqşünaslıq İnstitutunun kiçik elmi işçisi Nərmin Məmmədova çinli qadınların dünya elminə verdiyi böyük töhfələrdən söhbət açıb.

Bu xəbər oxundu
- - -