Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Molla Xəlil kimyagərlər dövrünə qayıdırıqsa, hansı inkişafdan danışa bilərik?”

06.03.18, 12:52
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Fazil Mustafa: “Bu gün biz elmdən, onun təbliğindən danışmalıyıq”


Milli Məclisinin plenar iclası keçirilib. Spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 24 məsələ daxil edilib.
Deputat Aydın Mirzəzadə Birləşmiş Millətlər Təşkilatının "Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dair Konvensiya"sına qoşulmaq haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə müzakirələrdə çıxışı zamanı deyib ki, Azərbaycan bütün sənədləri xüsusi qeydlə imzalayır:”Azərbaycan bu sənədlərdə bildirir ki, Ermənistan ərazimizin bir hissəsini işğal edib və bu səbəbdən həmin konvensiyaları işğal edilmiş ərazilərdə tətbiq edə bilmir. Bu sənədlər tarixi özündə yaşadır və gələcəkdə beynəlxalq hüququn işləmədiyini göstərəcək”.
Deputat vurğulayıb ki, həmin sənədlərə əsasən Azərbaycanın bu məsələdə prinsipial mövqe tutduğunu görəcəklər.
Daha sonra “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” qanuna dəyişiklik edilib.
Dəyişikliyə görə, qanun layihəsinin 16.7-ci maddəsi (Müvəkkilin sosial, maliyyə və digər təminatları) aşağıdakı redaksiyada veriləcək:
16.7. Müvəkkilin, sabiq müvəkkilin və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilir.
Hazırda isə 16.7. maddəsi belədir: Vaxtından asılı olmayaraq Müvəkkil vəzifəsində işləmiş şəxs pensiya yaşına çatdıqda, hazırkı dövrdə Müvəkkil üçün müəyyən edilmiş vəzifə maaşının 80 faizi məbləğində pensiya alır.
Xatırladaq ki, indi Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovadır. Lakin onun səlahiyyət müddəti 2017-ci ilin mart ayının 5-də başa çatıb.
Yeni Ombudsman seçilmədiyindən Elmira Süleymanova fəaliyyətini davam etdirir. Elmira Süleymanova iki dəfə - 2002 və 2010-cu illərdə Ombudsman seçilib.
Qanunvericiliyə görə, Azərbaycan Respublikasının Prezidenti Milli Məclisə yeni Ombudsmanın seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Milli Məclis 15 gün müddətində yeni müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.
Deputat Fazil Mustafa isə İctimai Televiziyanın efirində ziyarətgahların təbliğ olunmasını kəskin tənqid edib. Fazil Mustafa qeyd edib ki, İctimai televiziyanın efirində ziyarətgahların və digər pirlərin təmiri ilə bağlı veriliş gedirdi: “Ziyarətgahlarda təmir işlərinin aparılması müsbət haldır və mən bunu təqdir edirəm. Lakin verilişdə belə təmirləri başqa kontekstdə təqdim etməyə çalışırdılar ki, guya insanlar bu ziyarətgahlara gedib nəzir verməlidirlər və oranı təbliğ eləməlidirlər. Sovet dövründə heç bu qədər nadanlıq, cahillik təbliğ olunmurdu. Bunu İctimai televiziyanın efirində etmək daha zərərlidir. Az qalsın desinlər ki, hər universitetin həyətində ziyarətgah açmaq lazımdır. Biz müasir dövrdə Molla Xəlil kimyagərlər dövrünə qayıdırıqsa, hansı inkişafdan danışa bilərik? Bu gün biz elmdən, onun təbliğindən danışmalıyıq. Ona görə televiziyaların bu işini kəskin şəkildə qınayıram”.
Fazil Mustafa həmçinin “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı da fikirlərini bölüşüb, O deyib ki, bina yaşayışa uyğun deyilsə, insanların hamısı o binadan çıxarılmalıdır. Deputat qeyd edib ki, bu məsələ bina sahibinin yükünə çevrilməlidir, vətəndaşın yox: “Biz isə bütün yükü vətəndaşın üzərinə yıxırıq. Axı o pulunu verib mənzilini alıb. Digər məsələlərin yükünü isə vətəndaş çəkməmələdir”.
F. Mustafa bu sahədə mövcud olan problemlərlə bağlı Milli Məclisin tədbir görməsini istəyib: “Hesab edirəm ki, Milli Məclis bununla bağlı addım atsa 10 minlərlə insan bundan faydalanacaq”.
Daha sonra “Ələt Azad İqtisadi Zonası haqqında qanun” qanun layihəsi (ikinci oxunuş) müzakirə edilib.
Deputat Əli Məsimli deyib ki, Ələt Azad İqtisadi Zonası haqqında qanunun birinci oxunuşundan ikinci oxunuşuna keçiddə görünür ki, müsbət istiqamətdə xeyli dəyişiklik edilib. O qeyd edib ki, müzakirə zamanı əsas 3 məqam diskussiya mövzusuna çevrilmişdi: “Qanun layihəsi Konstitusiyaya, Azərbaycanın imzaladığı beynəlxalq hüquq normalarına və normativ-hüquqi aktlara uyğundurmu?”
Deputat əlavə edib ki, qanunda hüquqi-rejim ifadəsi yazılıb: “Hamı yaxşı bilir ki, hüquqi-rejim müxtəlif səviyyəli olan qanunların kompleksidir. Mən hesab edirəm ki, qanunda hüquqi-rejim əvəzinə hüquqi rejimin əsasları yazılsa daha uyğun olar. Belə olsa müəyyən ziddiyyətli məqamlar aradan qalxar”.
Deputat Mirzəcan Xəlilov deyib ki, Ələt Azad İqtisadi Zonasının əhəmiyyəti "Əsrin müqaviləsi"nin müddəti 2050-ci ilədək uzadılması qədər önəmldidir. Bu iqtisadi zona ölkəmiz üçün çox vacib əhəmiyyət kəsb edir”. Deputatın sözlərinə görə, Ələt yer kimi elədə cəlbedicidi deyil.
“Lakin biz bu zonaya yerli və xarici investorları cəlb etmək üçün çalışmalıyıq. Bu zonada kifayət qədər işlər görülüb, yaşıllıqlar salınıb, ancaq bu, qənaətbəxş deyil. Gələcəkdə şəhərsalma planı həyata keçirilməlidir. Böyük bir şəhərciyin burada salınması üçün imkanlar var. Hətta peşə təhsil kompleks idə burada salına bilər. Hesab edirəm ki, artıq bunun vaxtı çatıb. Əsasən də peşə təhsili məktəblərinə üstünlük verilməlidir. Həmçinin orada şəhərciklərin salınması ilə Bakı şəhərində yükün azalılması istiqamətində çox böyük işlər görülə bilər”.
Qeyd edək ki, “Ələt Azad İqtisadi Zonası haqqında” qanun layihəsi müzakirə olunaraq II oxunuşda təsdiqlənib. Qanun Azad Zonanın fəaliyyətinin, inkişafının və idarə edilməsinin hüquqi rejimini müəyyən edir. Azad Zonanı müvafiq icra hakimiyyəti orqanı yaradır və orada azad zona qanunvericiliyi tətbiq edilir. Bu qanunvericiliklə əsas iqtisadi qanunvericiliyi arasında ziddiyyət yaranarsa, azad zona qanunvericiliyi üstün tutulur.
Azad Zonada hüquqi şəxslərin nizamnamə kapitalının və investisiya qoyuluşunun 100%-nin xarici hüquqi və fiziki şəxslərə məxsus olmasına məhdudiyyət qoyulmur. Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri, Azad Zona hüquqi şəxsləri və onların işçiləri, Azad Zona rezidentləri azad zonada fəaliyyətlərinə aid olan bütün vergilərdən azaddırlar.
Azad Zonaya idxal edilən mallara, işlərə, xidmətlərə görə gömrük rüsumları və vergilər ödənilmir. Mallar, işlər, xidmətlər Azad Zonadan əsas iqtisadiyyata ixrac edildikdə, bu cür ixrac edilmiş mallara, işlərə, xidmətlərə əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir.
Əsas iqtisadiyyat gömrük idarəsi Azad Zonada gömrük qaydalarının tətbiq edilməsi üçün gömrük idarəsi yaradır. Gömrük idarəsi öz fəaliyyətini Azad Zonanın strateji məqsədlərinə, qabaqcıl beynəlxalq təcrübəyə və Azad Zona qanunvericiliyinə uyğun həyata keçirir.
Azad Zonada fəaliyyət göstərmək hüququ əldə etmiş Azad Zona hüquqi şəxslərinə hər hansı milliləşdirmə, müsadirə tədbirləri və ya özəl mülkiyyətə aid hər hansı digər məhdudiyyət tətbiq edilə bilməz. İnvestorlar, səhmdarlar, Azad Zona rezidentləri, Azad Zona hüquqi şəxsləri Azad Zonaya investisiya qoymaq və fəaliyyətlərindən əldə etdikləri pul vəsaitlərini məhdudiyyətsiz xaricə köçürmək hüququna malikdirlər. İnvestorların, səhmdarların, Azad Zona rezidentlərinin, Azad Zona hüquqi şəxslərinin və onların işçilərinin, heç bir məhdudiyyət olmadan, hər hansı xarici valyuta ilə işləməyə və əməliyyatlar aparmağa hüququ var.
Sonda “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanunun layihəsi müzakirə edilib. Qanun layihəsi barədə
deputat Hadi Rəcəbli məlumat verib.
Ölkə başçısı tərəfindən təqdim olunan qanun layihəsinə əsasən, məcburi dövlət sosial sığorta sahəsində 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və bu ilin aprelin 1-ə qədər ödənilməmiş borcların, eləcə də 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış maliyyə sanksiyaları tam məbləğdə silinir.
O qeyd edib ki, qanun layihəsinə əsasən, sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları – hesablanmış pensiya üzrə borclar da tənzimlənir.
Məsələ ilə bağlı fikir bildirən deputat Əli Məsimli qeyd edib ki, bu qanun sahibkarların işini xeyli yüngülləşdirəcək.
O təklif edib ki, dollarla olan kreditlərlə bağlı bu tip qanunun hazırlansın: “Arzu edirəm ki, prezidentin həm sığortaçı, həm də sahibkarlarla bağlı qanunu dollarla olan kreditlər haqqında sənədlə tamamlansın”.

Əli

Bu xəbər oxundu
- - -