Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Suriyada Rusiya təyyarəsi qəzaya uğradı

06.03.18, 14:34
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Suriyada Rusiyaya məxsus “Аn-26” təyyarəsi qəzaya uğrayıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. İlkin məlumata görə, təyyarənin göyərtəsində 26 sərnişin və altı ekipaj üzvü olub. Qəza nəticəsində onların hamısı həlak olub.
Hadisə saat 15:00 radələrində, qəza təyyarənin Hmeymim aerodromunda yerə enərkən baş verib. Belə ki, təyyarə uçuş-eniş zolağına 500 metr qalarkən qəzaya uğrayıb. Qeyd olunub ki, qəzaya səbəb texniki nasazlıq ola bilər. Rusiya Müdafiə Nazirliyinin müvafiq komissiyası qəzanın səbəbi ilə bağlı bütün mümkün versiyaları öyrənəcək.

Bu xəbər oxundu
- - -