Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Bütün tərəflər diqqətli olmalıdır”

07.03.18, 9:20
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində namizədlər seçkiqabağı təşviqat başlamamış təbliğat aparmamalıdırlar.
bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə deyib. O qeyd edib ki, bu, qanun pozuntusudur: “Ola bilər ki, bunu özləri etməsinlər, başqaları - onları gözdən salmaq istəyən şəxslər edir. Bütün tərəflər diqqətli olmalıdır. Azərbaycanda insanlar məsələlərə düzgün qiymət vermək bacarığındadırlar. Hansısa namizəd bu cür əməllərə əl atırsa, öz seçicilərini itirir”.
Məzahir Pənahov deyib ki, həm Milli Məclis, həm Xarici İşlər Nazirliyi, həm də Mərkəzi Seçki Komissiyası prezident seçkilərində müşahidə aparmaq üçün kifayət qədər təşkilat və ölkə parlamentlərinə dəvət göndərib.
Məzahir Pənahov qeyd edib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqqları Bürosunun missiyası müşahidəçi kimi sabahdan fəaliyyətə başlayacaq.
Milli Şuranın qarşıdakı mitinqinə münasibət bildirən Mərkəzi Seçki Komissiyasının deyib ki, siyasi partiyaların digər sahələrdəki hərəkətləri digər qanunvericiliklərlə tənzimlənir. Məzhir Pənahov deyib ki, təşviqatla bağlı kütləvi aksiyalar, təşviqat prosesi martın 19-dan tez başlamamalıdır: “Ancaq siyasi partiyaların digər sahələrdəki hərəkətləri digər qanunvericiliklərlə tənzimlənir. Əlbəttə, kimsə küçələrə çıxıb seçki ilə bağlı təşviqat aparırsa, seçki ilə bağlı hansısa namizədə münasibət bildirirsə, bu, artıq Seçki Məcəlləsinin tələblərinin pozulmasıdır. Seçki ilə bağlı hərəkətlər də MSK-nın səlahiyyətində olan məsələlərdir. Digər məsələlər barədə isə MSK fikir bildirmir, ümumiyyətlə, fikir bildirmək səlahiyyətimiz də yoxdur".
MSK sədri hesab edir ki, siyasi partiyalar kifayət qədər təcrübəli partiyalardır: "İnanmıram ki, kimsə bilə-bilə seçkiqabağı təşviqatla bağlı Seçki Məcəlləsinin tələbini pozsun".

Bu xəbər oxundu
- - -