Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

MSK ATƏT-lə 10 ildən çoxdur əməkdaşlıq edir

07.03.18, 9:20
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) sədri şəxsən məni martın 18-də Rusiyada keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün dəvət edib, ancaq aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Azərbaycanda həmin vaxt təşviqat mərhələsi başlayır”.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissyasının sədri Məzahir Pənahov jurnalistlərə deyib.
O qeyd edib ki, təşviqat dövründə MSK-nın müvafiq qərarları olmalıdır və bu qərarlar nəinki gün, hətta saatlarla ölçülür:
“Ona görə də mən Rusiyada prezident seçkilərinin müşahidə edilməsində iştirak edə bilməyəcəyəm. Lakin Rusiyada prezident seçkilərinin müşahidəsində MSK üzvü və MSK-nın əməkdaşı iştirak edəcək. O cümlədən Müstəqil Dövlətlər Birliyinin Müşahidə Missiyasının tərkibində MSK-nın nümayəndələri iştirak edəcək. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının tərkibində də MSK-nın iki nümayəndəsi olacaq".
Məzahir Pənahov əlavə edib ki, MSK ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə 10 ildən çoxdur əməkdaşlıq edir və müxtəlif ölkələrdə keçirilən seçkilərdə bağlı formalaşdırdıqları missiyaların tərkibində MSK-nın nümayəndələri olur".

Bu xəbər oxundu
- - -