Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Rusiya və KTMT Qarabağ müharibəsində Ermənistanı dəstəkləməyəcək

07.03.18, 9:22
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dağlıq Qarabağ “müstəqil dövlət” və ya KTMT-nin üzvü deyil və təşkilat tərəfindən Xankəndiyə dəstək göstərilməyəcək.
Bu barədə martın 6-da “KTMT üzvləri üçün əsas hərbi təhlükələr” mövzusunda keçirilən Moskva - İrəvan - Astana - Bişkek – Minsk telekörpüsü çərçivəsində KTMT Birləşmiş Qərargahının rəhbəri, general-polkovnik Anatoli Sidorov bəyan edib.
Rusiyalı generalın bəyanatına şərh verən Müsair Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikovun sözlərinə görə, KTMT Birləşmiş Qərargahının rəhbəri, general-polkovnik Anatoli Sidorovun sözlərində hər hansı yeni fikir yoxdur: “KTMT həqiqətən də müdafiə bloku kim nəzərdə tutulur. Yəni onun mexanizmləri KTMT üzvlərindən birinə qarşı açıq aqressiya halında və yalnız həmin dövlətin bu barədə xahişidən sonra tətbiq edilə bilər. Dağlıq Qarabağ isə KTMT üzvü deyil. Dağlıq Qarabağ ərazisi blokun Ermənistanla bağlı öhdəliklərinin aid olduğu ərazi kimi nəzərdə tutulmur və heç vaxt da tutulmayıb. Xüsusən də Rusiya Federasiyası davamlı şəkildə münaqişənin sülh yolu ilə həlli mövqeyindən çıxış edir.
Odur ki, burada Dağlıq Qarabağ üzrə mövqenin ifadə edilməsi məntiqli və ardıcıl addımdır. Ermənistanla bağlı məsələyə gəlincə isə, Kollektiv Təhlükəsizlik Müqaviləsi imzalayan bütün ölkələr kimi KTMT üzvlərinin bütün hüquq və öhdəlikləri Ermənistana da aiddir”.
Ukrayna Analitik Mərkəzinin prezidenti Aleksandr Oxrimenko isə deyib ki, Rusiya və KTMT üçün Dağlıq Qarabağ problemi aktual deyil və bu səbəbdən KTMT sadəcə olaraq Dağlıq Qarabağda hərbi münaqişəyə müdaxilə etmək istəmir: “Dağlıq Qarabağ münaqişəsi artıq yetərincə uzun müddətdir ki, uzanır və açıq şəkildə həllə malik deyil. Odur ki, Ermənistanın özü bu problemlə qalıb. Ermənistan düşünür ki, ola bilsin xaricdə ona kömək edə biləcək qüvvələr tapılar. Lakin artıq Rusiya belə bunu etmək istəmir. Bəlkə, artıq danışıqlar masası arxasına əyləşmək və topları çexollamaq vaxtıdır?
Qazaxıstan və Belarusun mövqelərinə gəlicə isə, bu ölkələr hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Onlar Azərbaycanla müharibə etməyəcəklər. Belarus siyasi və iqtisadi baxımdan Ermənistandan çox uzaqdır. Qazaxıstan isə son zamanlar Çinə və Mərkəzi Asiya problemlərinə daha çox meyl edir, bu səbəbdən Ermənistanın problemləri onlara sərfəli və maraqlı deyil. Yalnız Rusiya Ermənistanın müttəfiqi qismində Dağlıq Qarabağla maraqlana bilər, lakin artıq yuxarıda qeyd etdiyim kimi, Rusiya ona kömək etməyəcək”.

Bu xəbər oxundu
- - -