Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Hər bir hərbi qulluqçu Vətəni şücaətlə qoruyur“

07.03.18, 10:13
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Azərbaycan Ordusu və milli-mənəvi dəyərlərimiz” mövzusunda dəyirmi masa keçirilib.
Şəxsi Heyət Baş İdarəsinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev tədbirdə çıxış edərək ordumuzun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığından, eləcə də azərbaycançılıq ideologiyasına, dövlətə və dövlətçiliyə sədaqətindən danışaraq hər bir hərbi qulluqçunun Vətəni şücaətlə qoruduğunu bildirib.
Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani milli-mənəvi dəyərlərimizin mənəvi-psixoloji hazırlıqda başlıca mənbə olduğunu vurğulayıb.

Bu xəbər oxundu
- - -