Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Xanım jurnalistlər arasında keçirilən müsabiqənin nəticələri açıqlanıb

07.03.18, 10:15
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dünən Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və "Kaspi" qəzetinin 8 mart Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə xanım jurnalistlər arasında keçirdiyi "Azərbaycanın maarifçi qadınları" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Tədbirdə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov bildirib ki, əsrlər boyu Azərbaycan qadınının cəmiyyətimizin mənəvi dəyərlərinin formalaşmasında və inkişafında rolu böyükdür: "İlk dəfə xanım jurnalistlər arasında müsabiqə keçirildi. Ötən il dekabrın 8-də elan olunan müsabiqəyə fevralın 8-də yekun vuruldu. Bu müddət ərzində Təşkilat Komitəsinə 26 yazı daxi olub. Yazılarda Azərbaycanın tanınmış maarifçi xanımlarının həyat yolu və fəaliyyəti geniş işıqlandırılıb".
"Kaspi" qəzetinin təsisçisi, Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva bildirib ki, Azərbaycan qadınlarının cəmiyyətdə yeri və rolu vacib məsələdir.
Onun sözlərinə görə, maarifçi qadınların fəaliyyətinin ictimai əhəmiyyəti böyükdür: "İndi ölkəmizdə söz və mətbuat azadlığı var. Dünya qloballaşıb, informasiya ilə işləmək imkanları genişlənib, hazırda imzanın görünməsi asandır. Vaxtilə çadraya bürünən qadınların səhhəti bahasına, bəzən ölüm ilə üzləşərək maarifçilik ideyalarının yayması çətin idi. Azərbaycan qadını dünya xanımlarından türk mənəviyyatı, mübarizliyi, ərənliyi, İslami dəyərlərə bağlılığı, dərin mənalı ismətə bürünməsi ilə seçilir. Bu keyfiyyətlərlə qadınlarımız daim cəmiyyətə təsir göstərir".
Sona Vəliyeva Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara ilk dəfə səsvermə hüququ verildiyinə diqqət çəkib: "Bu il ADR-in 100 illik yubileyidir, bu böyük zaman kəsiyində Azərbaycan qadınının keçdiyi tarixi yol şərəflidir. Ulu öndər Heydər Əliyevin Azərbaycan qadınına verdiyi dəyəri xüsusi vurğulamaq istərdim, Rusiyaya təhsil üçün göndərilən şəxslərin yarısı qadınlar idi. Ulu öndər dövlətçilik təfəkkürünün oyanması üçün qadınlarımıza şərait yaradırdı".
Sona Vəliyeva vurğulayıb ki, I vitse-prezident vəzifəsinə Mehriban Əliyevanın təyinatı ölkədə qadın siyasətinin önəmli sahələrdən biri olduğunu göstərir.
Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşovun sözlərinə görə, informasiya əsrində, qlobal dünyada hansı xalq daha çox elmə əsaslanırsa, öncül xalqlardan hesab olunur: "Elmin inkişafında qadınların rolu kifayət qədər böyükdür. Azərbaycanda bir sıra hallarda təhsilə münasibət, qızların məktəbə göndərilməməsi, təhsil verilmənəsi məni narahat edir. Təhsilsiz cəmiyyətin inkişafı şübhə altına düşür. Azərbaycanda ilk dəfə qadına seçki hüququ verilib. Qadınlarımızın hüquqlarının qorunmasında onlara dəstək verməliyik".
Mətbuat Şurasının sədri Azərbaycanda fəaliyyət göstərən qurumların 60 faizinin qadınlardan ibarət olduğunu deyib.
Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Vüqar Səfərli bildirib ki, bu layihə tədqirəlayiqdir: "Təəssüf edirəm ki, bu müsabiqədə cəmi 26 jurnalist iştirak edib. Gələcəkdə daha çox qadının iştirak edəcəyini düşünürəm. Yazılardan hazlanan kitabın əhəmiyyəti də böyükdür".
"APA Holdinq"-in rəhbəri Vüsalə Mahirqızı bildirib ki, Azərbaycan maarifçi xanımlarının cəmiyyətdəki danılmaz rolunun daha geniş işıqlandırlmasının vacibdir: "Bu gün Azərbaycan xanımının prolitetləri yanlış nümayiş etdirilir. Pop ulduzdan kumir yaradılır. Amma bizim örnək göstərcəyimiz maarifçi qadınlarımız var. Zaman-zaman bədii əsərlərdə bu qadınların obrazlarının gündəmə gətirilməsi vacibdir. Belə müsabiqələrin mütəmadi keçirilməsi maarifçi qadınlarımızın fəaliyyətinə işıq saçar".

Bu xəbər oxundu
- - -