Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Putin: “Bu, şərəfsizlikdir”

07.03.18, 12:17
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Sanksiyalar siyahısının genişləndirilməsi güc deyil, zəiflik əlamətidir. Bunu Rusiya prezidenti Vladimir Putin Vladimir Solovyevin “Dünya nizamı 2018” filmində söyləyib. Onun sözlərinə görə, sanksiyalarınn hədəfi Rusiyanın güclənməsinin qarşısını almaqdır. “Bu, şərəfsiz rəqabətdir, amma belə metodlar daha əvvəl də tətbiq edilirdi. Həmişə belə olub, Rusiya güclü dövlət olan kimi bizim partnyorlarımız Rusiyanı dayandırmaq və müdafiə qabiliyyətinin artmasına əngəl olmaq cəhdləri edir. Sadəcə bu mübarizə qeyri-qanuni və şərəfsiz üsuludur”, - o deyib.
Dünyada sərbəst oyunçuların olub-olmamasına gəlincə, Putin qısa cavab verib: “Rusiya". “Bəzi ölkələr var, amma mən onlar üçün cavab vermirəm”, - Kremlin başçısı əlavə edib. Putin əmindir ki, anti-Rusiya siyasəti aparan ölkələr öz hərəkətlərinə görə zərər çəkəcəklər. O, Rusiya ilə münasibətlər qurmağı məsləhət görüb. “Kim ki, harasa zəhər damcılayır, sonda özləri də onu udacaqlar və bu zəhərlə zəhərlənəcəklər”, - dövlət başçısı deyib. Putin rus atalar sözünü xatırladıb: “Quyuya tüpürmə, su içməyə lazım olacaq”.
“Bu həmin hadisədir ki, yekunda onu edənlərə qarşı dönür. Bununla məşğul olmaq lazım deyil. Rusiya ilə münasibətləri qurmaq lazımdır. Və onda hər şey yaxşı olacaq”, - o deyib. Rusiya prezidentinin fikrincə, həm həyatda, həm də beynəlxalq səhnədə həmişə prinsipial, dürüst və açıq mövqe tutmaq lazımdır. Prezident bildirdi ki, Krımın Rusiya ilə birləşdirilməsindən sonra Moskvaya qarşı sanksiyaların tətbiq olunacağına şübhə etmirdi: “Bzi buna şübhə etmirdik. Hərçənd, bunun hansı formada ediləcəyi aydın deyildi”.

Bu xəbər oxundu
- - -