Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bakı Şəhər Statistika İdarəsinin yeni binasının açılışı olub

07.03.18, 14:28
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Martın 7-də Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin yeni inzibati binasının açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov görülən işlər və binada yaradılan şərait barədə Prezident İlham Əliyevə məlumat verib.
Bakı Şəhər Statistika İdarəsinin yeni inzibati binası Azərbaycan Prezidentinin 2012-ci ildə imzaladığı sərəncamla təsdiq edilən “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı”na əsasən inşa edilib. Binanın inşasına 2015-ci ildə başlanılıb. İnşaat işləri bu ilin martında başa çatdırılıb.
Dövlət başçısına Bakı Şəhər Statistika İdarəsinin rayon şöbələrinin mövcud vəziyyəti ilə bağlı məlumat verilib. Bildirilib ki, yeni inzibati binanın istifadəyə verilməsi Bakı Şəhər Statistika İdarəsinin icarə əsasında müxtəlif ünvanlarda müasir tələblərə cavab verməyən binalarda yerləşən rayon şöbələrinin vahid təşkilati-struktur formasında fəaliyyət göstərməsinə və əməkdaşların iş şəraitinin əsaslı surətdə yaxşılaşdırılmasına xidmət edəcək. Eyni zamanda, bu, son illər statistika sistemində aparılan islahatların sürətləndirilməsinə də imkan yaradacaq.
Prezident İlham Əliyevə son illər rəsmi statistikanın inkişafı sahəsində görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, Komitənin 2002-ci ildə yaradılan internet səhifəsi istifadəçilərin tələbatının maksimum təmin olunması üçün 2017-ci ildə yenilənib və əhəmiyyətli şəkildə təkmilləşdirilib. Hazırda hər gün orta hesabla 3 minə yaxın istifadəçi Komitənin internet səhifəsindən istifadə edir. Onların 93 faizi yerli, 7 faizi isə xarici ölkələrdəndir. İstifadəçilərin statistik məlumatlarla təmin olunması, onların məlumatlara əlçatanlığının daha yüksək səviyyədə təşkili məqsədilə mütəmadi yayımlanan mətbu məlumatlarla, statistik cədvəllərlə, bülleten və məcmuələrlə yanaşı, internet səhifəsində interaktiv cədvəllərin tərtibinə imkan verən məlumat bazası da yaradılıb. Bununla yanaşı, Komitənin internet səhifəsi ilə iqtisadi rayonlar, rayon və şəhərlər üzrə məlumatların elektron xəritə vasitəsilə yayılması da həyata keçirilir. 2015-2016-cı illər üzrə iqtisadiyyatın əsas sahələrini əhatə edən 44 statistik göstəricinin əks olunduğu xəritə istifadəçilərə Azərbaycan və ingilis dillərində təqdim olunub. Komitə tərəfindən 5 adda elektron xidmət göstərilir. Onlardan ən çox istifadə ediləni “Rəsmi statistik hesabatların elektron təqdim olunması” xidmətidir. Bu gün rəsmi statistika hesabatlarının onlayn rejimdə elektron formada qəbulu səviyyəsi ölkə üzrə 95 faizi ötüb, Bakı şəhəri üzrə isə 100 faizə çatdırılıb. Bununla da vətəndaş-məmur təmasları minimuma endirilib. Eyni zamanda, statistik məlumatların işlənilməsi, yoxlanması və təhlili imkanları yüksəlib.
Dövləti başçısına məlumatların keyfiyyətinə nəzarət cədvəllərinin və qiymət statistikası üzrə məlumatların hazırlanması prosesi barədə də məlumat verilib.
Prezident İlham Əliyev Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri üzrə milli məlumatlandırma portalı ilə də tanış olub. Portal BMT tərəfindən dayanıqlı inkişaf sahəsində müəyyən edilmiş 17 məqsəd, 169 hədəf və 244 göstərici barədə həm qlobal, həm də milli səviyyədə ətraflı məlumatın geniş auditoriyaya çatdırılması məqsədilə yaradılıb. Dayanıqlı İnkişaf Məqsədləri üzrə vahid milli onlayn məlumat mənbəyi olacaq portal Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcək.
Sonra dövlət başçısı binada yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, 166 nəfərin çalışacağı bina altı mərtəbədən ibarətdir. Burada işçilərin rahatlığı üçün hər cür şərait yaradılıb.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)