Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“TANAP layihəsinə də İpək Yolunun tərkib hissəsi kimi baxmaq olar“

13.03.18, 8:36
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Bu yaxınlarda işə salınan dəmir yolu Çindən Qərbə yüklərin daşınmasını 30-35 günə qədər tezləşdirəcək. Bu, olduqca ciddi layihədir. Bundan başqa, TANAP və digər bu kimi layihələrə də İpək Yolunun tərkib hissəsi kimi baxmaq olar".
Bunu Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin baş katibi Asəf Hacıyev Bakıda keçirilən ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun "İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu" adlı beynəlxalq konfransında bildirib.
"Təmsil etdiyim qurum əsasən İpək Yolunun kəsişməsini əhatə edir və bu baxımdan təşkilatımızın 21 illiyinin bu il qeyd olunması münasibətilə ATƏT PA ilə birlikdə İstanbulda beynəlxalq bir tədbirin keçirilməsini təklif edirik. Ümumiyyətlə, biz birgə ümumi işə çox töhfələr verə bilərik" - deyə A. Hacıyev SÖYLƏYIB.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)